Dağlıq Qarabağ məsələsi BMT-də müzakirəyə çıxarılıb
Tarix: 20-10-2020 08:40 | Bölmə: Slayd
Dağlıq Qarabağ məsələsi BMT-də müzakirəyə çıxarılıb

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib.

TASS xəbər verir ki, bunu oktyabr ayında Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağla bağlı qapalı iclasın nəticələri barədə danışarkən jurnalistlərə deyib.

V. Nebenzya bildirib ki, atəşkəs rejimini təmin etmək lazımdır. Onun sözlərinə görə, atəşkəslə bağlı müvafiq razılaşma əldə edilsə də, icra olunmayıb və razılaşmanın icrası ən aktual məsələdir.

V. Nebenzya qeyd edib ki, əsas məsələ atəşkəsin icrasına nəzarətin necə təmin edilməsidir.

Onun fikrincə, regiona BMT-nin müşahidəçi missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatı olmalıdır və bu, sürətli proses deyil: “Rusiyanın Müdafiə nazirinin Ermənistan və Azərbaycandakı həmkarları ilə bu nəzarətin necə həyata keçirilə biləcəyini müzakirə etdiyi barədə məlumatlar olub”.

Diplomat istisna etməyib ki, müşahidə ATƏT-in missiyası tərəfindən də həyata keçirilə bilər: “Orada kimin hansı vəzifəni icra edəcəyi hələ də sual altında qalır və müzakirə edilir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}