Minsk qrupu fəaliyyətini başa çatdırıb... - Professor
Tarix: 22-10-2020 14:11 | Bölmə: Slayd
Minsk qrupu fəaliyyətini başa çatdırıb... - Professor

“ATƏT-in Minsk qrupu son 3 ildə faktiki olaraq işləməyib. Onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sonuncu mövqeyi belə olub ki, tərəflər özləri razılığa gəlsinlər, sonra biz bu razılaşmanı sənədləşdirək, həyata keçirilməsinə çalışaq. Əgər blədirsə, onda bu qrup nəyə lazımdır?”

Bu fikirləri Reyting.az-a açıqlamasında fəlsəfə üzrə elmlər doktoru, professor Əli Abbasov deyib.

Əli Abbasovun xatırlatmasına görə, Minsk qrupu açıq deyib ki, yeni plan təklif etmək imkanları yoxdur: “Yəni bu, o deməkdir ki, son 30 ildə təklif etdiyimiz planlardan birini seçib bizə deyin. Bu, faktiki olaraq problemi öz boynundan atmaq deməkdir”.


Ə. Abbasov

Ə. Abbasovun fikrincə, bu, həm də o deməkdir ki, sabah Azərbaycan “Ermənistan ordusunu ərazilərimdən çıxarıram və Dağlıq Qarabağdakı ermənilərlə özüm danışıb razılaşma əldə edəcəyəm”,- desə, vasitəçilər bununla razılaşa bilər:

“Əslində vasitəçilərin missiyası formal olaraq başa çatıb. İndi qalıb Minsk qrupunun qapılarına mismar vurmaq. Amma bunu demək olmaz. İndi artıq onlardan heç nə asılı olmayacaq”.

Müsahibimiz əlavə edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra ola bilsin, vasitəçilərin fəaliyyətinə formal da olsa, ehtiyac yaransın: “Çünki həmsədrlərin arxasında 12 dövlət durur. Amma sonuncu mərhələdə, yəni ABŞ, Rusiya və Fransa başçıları müharibə başlayan kimi bəyanatla çıxış edib. Onlar açıq deyib ki, müharibəni davam etdirməyə ehtiyac yoxdur. Amma müharibəni dayandırmaq tələbi olmayıb. Bu, qeyri-rəsmi şəkildə o deməkdir ki, müharibəni davam etdirin. Yalnız Fransa özünü “öldürürdü”. Bu da onunla bağlıdır ki, orada seçkilər keçiriləcək. Erməni diasporu isə Fransada güclüdür”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}