23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Ərdoğandan Putinə Qarabağla bağlı mesaj: "Sülh danışıqlarında Türkiyə də olmalıdır"
Tarix: 23-10-2020 15:49 | Bölmə: Slayd
Ərdoğandan Putinə Qarabağla bağlı mesaj: "Sülh danışıqlarında Türkiyə də olmalıdır"

“Azərbaycan haqlı tələbini ortaya qoyur. Prezident İlham Əliyevin tələbini bir kənara qoymaq mümkün deyil. Azərbaycan deyir ki,  Ermənistan bu problemin həllində Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik. Rusiya nə qədər Qarabağ problemilə bağlı sülh və sabitlik istəyirsə, Türkiyə də ən azı o qədər istəyir".

Reyting.az
xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnaistlərə açıqlamasında deyib.

Prezident bildirib ki, Türkiyə ATƏT-in Minsk qrupunün üzvü olduğu üçün diplomatik danışıqların həllində ölkəsinin yer alması mümkündür:

"Bununla bağlı indiyədək Rusiya tərəfdən əks bir mövqe olduğunu eşitməyib. Rusiyanın bu məsələdə Türkiyə ilə bağlı mənfi münasibəti haqqında açıqlamalar yoxdur. Var deyənlər, öz qənaətlərini ortaya qoyarlar. Bizim Rusiya ilə istər Suriya, istər Liviya məsələsilə bağlı ortaq fəaliyyətlərimiz var. Ümid edirik ki, Azərbaycan-Ermənistan məsələsində də birgə addımlar ataraq regionda sülhü bərqərar edərik. Beləliklə, bu sərhəd təhlükəsizliyi, sülh danışıqlarında Rusiya ilə birgə Türkiyə də olmalıdır”. 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}