Professor: “Azərbaycana Trampın prezident seçilməsi sərfəlidir, amma Bayden...”
Tarix: 04-11-2020 13:43 | Bölmə: Slayd
Professor: “Azərbaycana Trampın prezident seçilməsi sərfəlidir, amma Bayden...”

“İlk dəfədir ABŞ-da seçkilər elə formada keçirilir ki, biz indi yekun nəticə haqqında danışa bilmərik. Əvvəla seçkilərdə yeni dəyişikliklər özünü göstərəcək. Təsəvvür edin ki, bu seçkilərdə 90 milyon insan öz səsini poçt vasitəsilə verib. Bu səslərin sayılması çox vaxt aparacaq. Digər tərəfdən, bütün dünya ABŞ-da davam edən prezident seçkilərinin nəticələrini gözləyir”.

Bunu Reyting.az-a professor Əli Abbasov ABŞ-da keçirilən prezident seçkiləri və bunun nəticələrinin Azərbaycana təsirlərindən danışarkən deyib.

Professor hesab edir ki, Donald Trampın seçkilərdə qələbə qazanması Azərbaycan üçün daha mənfəətlidir: “Amma vəziyyət elədir ki, Donald Trampın seçkilərdə uduzması mümkün görünür. On görə də Azərbaycan öz planlarında bu məqama diqqət etməli, hazırlıq görməlidir”.


Ə. Abbasov

Ə. Abbasov xatırladıb ki, ənənəyə əsasən ABŞ-da demokrat namizədlər ermənipərəst olur: “Bunu hamı bilir və buna görə siyasətini müəyyən edir. Böyük ehtimalla erməni seçicilər artıq Con Baydenə səs veriblər. Bayden də hansısa addımlar atmalıdır. İndi Qarabağ müharibəsi aparırıq. Mümkündür ki, Bayden buna görə, bizə qarşı hansısa tədbirlər həyata keçirə bilər. Amma unutmayaq ki, gələn il yanvarın 20-nə qədər Donald Tramp prezident kimi səlahiyyətlərini icra edəcək. Mən inanmıram ki, o vaxta qədər müharibə davam etsin. Deməli, bizim hələlik vaxtımız var. Biz bu vaxtdan səmərəli istifadə etməliyik. Yəni müharibəni tezliklə öz xeyirimizə yekunlaşdırıb qələbəyə nail olmalı və yeni reallıqlarla hər kəsi barışmağa sövq etməliyik”.

Xatırladaq ki, ABŞ-ın 59-cu prezidenti bu gün bəlli olacaq. Prezident seçkilərində əsas mübarizə indiki dövlət başçısı D. Tramp və sabiq vitse-prezident C. Bayden arasında gedir.

Reyting.az




Bölməyə aid digər xəbərlər