Rusiya Dağlıq Qarabağa helikopterlər də göndərib
Tarix: 12-11-2020 12:00 | Bölmə: Slayd
Rusiya Dağlıq Qarabağa helikopterlər də göndərib

Rusiya Aerokosmik Qüvvələrinin “Mi-8” və “Mi-24” helikopterləri Dağlıq Qarabağda münaqişə zonasında hərbi əməliyyatların dayandırıldığı rayonlara nəzarət edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bu gün Rusiya Müdafiə Nazirliyindən jurnalistlərə məlumat bildirilib ki, helikopterlər sülhməramlı əməliyyatlar zamanı Dağlıq Qarabağda atəşkəsə nəzarət bölgəsində havadan monitorinqi həyata keçirəcəklər.

Qeyd olunub ki, helikopterlər həmçinin sülhməramlı qüvvələrin maddi-texniki təminatı və şəxsi heyətinin çətinliklə gedilə bilən rayonlara çatdırılmasına cəlb olunacaqlar.

Helikopterlər An-124 “Ruslan” hərbi-nəqliyyat vasitələrində İrəvana göndərilib.(APA)




Bölməyə aid digər xəbərlər