Ermənistanda daha bir neçə müxalifət lideri saxlanılıb - Video
Tarix: 12-11-2020 13:27 | Bölmə: Slayd
Ermənistanda daha bir neçə müxalifət lideri saxlanılıb - Video

Ermənistanın xüsusi xidmət orqanının əməkdaşları müxalifət liderlərinin həbsini davam etdirir.

Reyting.az
erməni mətbuatına istinadla xəbər verir ki, xüsusi xidmət orqanı əməkdaşları Daşnaksütyun Partiyasının funksioneri Artsvik Minasyan və daha bir neçə nəfəri həbs edib.

Həmçinin Ana Vətən Partiyasından Arsen Babayan və Milli Güvən Partiyasından Ara Hakobyan saxlanılıblar.

Məlumata görə, xüsusi xidmət orqanı əməkdaşları Baş nazir Nikol Paşinyanın istefasını tələb edən siyasi qüvvə nümayəndələrinin mətbuat konfransına başlamasından bir neçə dəqiqə əvvəl ofisə daxil olublar.

Mətbuat konfransının əvvəlində Daşnaksütyun Partiyasının rəsmisi Qalstyan hadisə haqqında məlumat verib:

“Dünəndən bu yana siyasi məhbuslar var. Azadlıq meydanında mitinq başlamazdan əvvəl müxalifət ovuna başlanılıb”.

Xatıradaq ki, dünən axşam saatlarında da Ermənistanın bir sıra müxalif siyasətçiləri saxlanılıb.

Bu gün də müxalifət mitinq keçirmək niyyətində idi. 17 partiya Paşinyanın istefasını tələb edir. Səbəb kimi Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanan saziş göstərilir. Erməni müxalifəti iddia edir ki, N. Paşinyan alçaldıcı sülhə imza atmaqla Ermənistanın qürur və ləyaqətini ləkələyib.






Bölməyə aid digər xəbərlər