Rusiyadan Qarabağa daha iki təyyarə sülhməramlı göndərilib
Tarix: 15-11-2020 09:01 | Bölmə: Slayd
Rusiyadan Qarabağa daha iki təyyarə sülhməramlı göndərilib

15-ci Rusiya sülhməramlı briqadasının hərbi bölmələrinin şəxsi heyəti və zirehli maşınlarının olduğu daha iki “An-124” hərbi nəqliyyat təyyarəsi İrəvan hava limanına enib.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, təyyarə ilə 10 ədəd “BTR-82A” zirehli texnika, maddi-texniki təminat avadanlıqları, həmçinin sülhməramlı bölmələrin təxminən 30 hərbi qulluqçusu çatdırılıb.

Yüklərin boşaldılmasından, bölmələrin texnikalarının yoxlanılmasından və hazırlanmasından sonra Gorus şəhərindəki cəmləşmə ərazisinə üç yüz kilometrlik yürüş həyata keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Qarabağa Rusiyanın 170 sülhməramlısının olduğu daha 20 təyyarənin göndərildiyi bildirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər