Deputat: “Azərbaycanın ərazi bütövlüyünə təhlükə yarana bilməz”
Tarix: 23-11-2020 15:15 | Bölmə: Slayd
Deputat: “Azərbaycanın ərazi bütövlüyünə təhlükə yarana bilməz”

“Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə heç bir təhlükə yarana bilməz. Azərbaycanın Silahlı Qüvvələri bölgənin ən güclü amilidir. Rusiya da Azərbaycanla normal qonşuluq siyasətini davam etdirməkdə maraqlıdır. Biz hansısa xırda və aciz ölkə deyilik”.

Bu sözləri Reyting.az-ın “Rusiya sülhməramlı qüvvələrinin bölgəyə gəlişi Azərbaycan üçün hansı təhlükə yarada bilər” sualına cavabında Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.

Cəmiyyətdə bununla bağlı narahatlıqların olmasına gəldikdə, A. Mollazadə əlavə edib ki, narahatlıq üçün əsas görmür:

“Əvvəla, Azərbaycan güclüdür.

İkincisi, Azərbaycanın yanında qardaşı var. NATO-da Amerikadan sonra ən böyük ordusu Azərbaycanla birlikdədir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}