Rusiya sülhməramlıları Laçın dəhlizini minalardan təmizləyir - Video
Tarix: 01-12-2020 10:00 | Bölmə: Slayd
Rusiya sülhməramlıları Laçın dəhlizini minalardan təmizləyir - Video

Rusiya sülhməramlıları Laçın dəhlizinin bir hissəsini partlayıcı maddələrdən təmizləyib.

Reyting.az
xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, Rusiya sülhməramlıları Laçın dəhlizindəki ərazidə partlayıcı maddələri təmizləyib, döyüş əməliyyatları zamanı zərər çəkən yüksək gərginlikli elektrik xəttini bərpa etmək üçün işçi qrupunun təhlükəsizliyini təmin edib.

Bildirilir ki, ötən gün ərzində Dağlıq Qarabağ ərazisində üç elektrik ötürücü qülləsi, 1,2 min metr qaz kəməri, 1,5 min metrdən çox rabitə xətti, habelə iki transformator yarımstansiyası bərpa edilib.

Müdafiə şöbəsindən verilən məlumata görə, ümumilikdə, Dağlıq Qarabağda aparılan sülhməramlı əməliyyat zamanı mühəndis bölmələri 29 hektardan çox ərazini və 10 kilometrə yaxın yolları təmizləyib, 100-dən çox evi və sosial əhəmiyyətli obyektləri yoxlayıb, 1000-ə yaxın partlayıcı obyekti aşkar edərək zərərsizləşdiriblər.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}