Erməni müxalifəti Zəngəzurla bağlı məxfi sənəd yayıb - Foto
Tarix: 11-02-2021 19:34 | Bölmə: Slayd
Erməni müxalifəti Zəngəzurla bağlı məxfi sənəd yayıb

“Anaket” Analitik Mərkəzinin rəhbəri, Dağlıq Qarabağdakı separatçı rejim başçısının sabiq “müşaviri” Tiqran Abrahamyan özünün Facebook hesabında Azərbaycan və Ermənistan arasında imzalanan, ancaq erməni cəmiyyətindən gizli saxlanıldığı iddia edilən sənəd yayıb.

Reyting.az
-ın məlumatına görə, mərkəz rəhbəri iddia edir ki, bu sənəd tərəflər arasında 9 noyabr və 18 dekabr aralarında imzalanıb.

O, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan memorandumun mətninin internetdə yayıldığını, lakin Ermənistan Xarici İşlər Nazirliyinin bu memorandumdan xəbərsiz olduğunu, Baş nazirin isə hələ də buna reaksiya vermədiyini qeyd edib.

Bildirilir ki, Qafan və Mehri rayon icmalarının rəhbərləri mətbuata bənzər bir memorandum haqqında eşitdiklərini deyiblər. Sabiq Baş nazir Qrant Baqratyan Sünikə səfəri zamanı bu barədə danışıb. Baş nazirin müavini Tiqran Avinyan dünən memorandum məsələsindən yayınmağa çalışaraq bu razılaşma haqqında danışıb.



Qeyd edilir ki, Ermənistan hakimiyyəti Azərbaycanla gizli razılaşma həyata keçirir. Bunun ən son nümunəsi bu məxfi sənəd olan Paşinyan və komandasının ictimaiyyətdən gizli saxladığı memorandumdur. Bu memorandumun iki bəndində Zəngilan və Qubadlıya aid bəzi əraziləri həqiqi sahibinə - Azərbaycana qaytarmağı nəzərdə tutsa da, Gorus-Qafan yolu ilə bağlı məsələni də tənzimləyir.

Separatçı iddia edir ki, təhlükəsizlik orqanlarının rəhbərləri bu məsələdən məlumatlı olsalar da, nəinki tədbir görməyiblər, hətta könüllü istefa ərizəsi belə yazmayıblar.

Sənədin nə dərəcədə həqiqət olduğunu demək hələlik çətindir. Ancaq ötən gün parlamentdə çıxış edən Baş nazirin müavini Avinyan bildirib ki, Gorus-David Bek yolunun “mübahisəli” ərazilərində təhlükəsizliyi rus əsgərlərinin mühafizə etməsinə dair razılaşma var.




Bölməyə aid digər xəbərlər