Peyvənddən sonra ölənlər - Şok statistika
Tarix: 06-05-2021 16:50 | Bölmə: Slayd
Peyvənddən sonra ölənlər - Şok statistika

Ən azı 3362 ABŞ vətəndaşı COVID-19 əleyhinə peyvənddən sonra ölüb.

Reyting.az
“Fox News”a istinadla xəbər verir ki, statistika 2020-ci ilin dekabrından bu ilin aprel ayının 23-nə qədərki dövrü əhatə edir.

Vaksinasiyadan sonra ölkədə ortalama olaraq müəyyən müddətdə hər gün təxminən 30 nəfərin öldüyü bəlli olub. Bu hesablamaları nəzərə alaraq teleaparıcı Tuker Karlson ölkədə COVID-19 əleyhinə peyvəndlərdən sonra ölənlərin sayının artıq 3.722 nəfər olduğu iddiasını irəli sürüb.

Federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan “Johns Hopkins” Universitetinin verdiyi məlumata görə, pandemiya başlayandan bəri ABŞ-da 32,55 milyondan çox koronavirusa yoluxma halı aşkar edilib, 579.276 nəfər virusdan ölüb.

Ölkə hər iki göstəriciyə görə dünyada birinci yerdədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}