Dünyada silahlar üzərində nəzarətə təhlükə yaranır
Tarix: 11-05-2021 22:35 | Bölmə: Slayd
Dünyada silahlar üzərində nəzarətə təhlükə yaranır

Rusiya dövləti Açıq Səma Konvensiyasından çıxmaq üçün real addımlar atmağa başlayıb.

Reyting.az
xəbər verir ki, Rusiya dövlət başçısı Vladimir Putin parlamentin aşağı qanadı olan Dumaya Açıq Səma Razılaşmasından çıxmağı nəzərdə tutan qanun layihəsi göndərib.

Məlumat üçün qeyd edək ki, Rusiya və ABŞ hərbi fəaliyyətlərdə şəffaflığın təşviqi, silah nəzarəti və digər beynəlxalq razılaşmaları asanlaşdırmaq məqsədilə silahsız kəşfiyyat uçuşlarına icazə verən Açıq Səma Anlaşmasını imzalayan 34 dövlətdən ikisidir.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının coğrafiyasında etimad və təhlükəsizliyi artırmaq baxımından əhəmiyyətli hesab olunan Açıq Səma Anlaşması 1992-ci ildə imzalanıb. Sənədə qoşulan ölkələr arasında Türkiyə də var.

Xatırladaq ki, 2020-ci ilin aprelində ABŞ prezidenti Donald Tramp Rusiya ilə silah nəzarətini həyata keçirən Açıq Səma Anlaşmasından çıxdığını elan etmişdi.

Hazırda ABŞ-da tam başqa bir komanda hakimiyyətə gəlib və yeni administrasiya D. Trampın atdığı qeyri-ənənəvi addımları düzəltməklə məşğuldur. Belə bir ərəfədə Rusiyanın bu anlaşmadan çəkilmək üçün qəti addım atması isə təsadüfi sayıla bilməz. Görünən budur ki, ciddi beynəlxalq pressinq altında olan rəsmi Moskva beynəlxalq qurumlar və beynəlxalq konvensiyalardan çıxmaqla bir qədər sərbəst hərəkət etməyə çalışır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}