17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycanda qadın müğənniyə otelin hamamında 23 bıçaq zərbəsi vurulub
Tarix: 20-07-2021 15:04 | Bölmə: Slayd
Azərbaycanda qadın müğənniyə otelin hamamında 23 bıçaq zərbəsi vurulub

İyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami Rayon Prokurorluğundan Reyting.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Xatırladaq ki, 1988-ci il təvəllüdlü Mirzəyeva Aygün Vaqif qızı müğənnidir. Onun  8-ci kilometr qəsəbəsində yerləşən hotellərin birinin hamam otağında olarkən 23 bıçaq zərbəsi ilə ağır xəsarətlər alması barədə xəbər yayılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}