16:47 / 19-11-2025
Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini ilə müzakirə aparıb
16:31 / 19-11-2025
Prezident vəkillərin fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib
16:25 / 19-11-2025
Prezident Baş prokuroru Vətənə xidmətə görə" ordeni ilə təltif edib
16:09 / 19-11-2025
Kəşfiyyata ayrılan vəsaitə maliyyə nəzarəti qaydası təsdiqlənib - Fərman
15:48 / 19-11-2025
Deputat: “Ərzağın qiymətinin qalxması böyük problemlər yaradır”
15:44 / 19-11-2025
Tağı İbrahimova 6 il həbs verilib
14:46 / 19-11-2025
"Hər zəngi açmayın" - DİN-dən xəbərdarlıq
14:27 / 19-11-2025
Nazir: “Aşağı gəlirlərə aşağı vergi dərəcəsi tətbiq olunacaq”
14:18 / 19-11-2025
Qırmızı Bazar və Sosa növbəti köç olub
14:05 / 19-11-2025
İki hakimə yeni vəzifə verilib
13:36 / 19-11-2025
2026-cı ildə ölkəmizi və dünyamızı nələr gözləyir? - Tanınmış astroloqdan proqnoz
12:56 / 19-11-2025
Sahil Babayev: "Təhsil və elm xərclərinə 5,2 milyard manat ayrılacaq"
12:42 / 19-11-2025
Taleh Kazımov: "Valyuta bazarında nağd və nağdsız seqmentlər üzrə təklif tələbi üstələyib"
12:32 / 19-11-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:27 / 19-11-2025
Müğənni Dənizə bu maddələr üzrə bəraət verilib
12:23 / 19-11-2025
"Tiktok"da tanışlıq və... - 15 yaşlı qızı qaçıran şəxs saxlanılıb
12:17 / 19-11-2025
Tramp Klintonla bağlı tapşırıq verib - Fotolar
12:02 / 19-11-2025
Federasiya prezidentini, vitse-prezidenti və baş məşqçini həbsdən buraxıblar
12:02 / 19-11-2025
Ağdama növbəti köç karvanı gedib
11:57 / 19-11-2025
ABŞ Ukrayna üçün 105 milyon dollarlıq “Patriot” paketini təsdiqləyib
11:48 / 19-11-2025
Bakıda yataqxanada yanğın olub - 3 nəfər təxliyə edilib
11:45 / 19-11-2025
Avropanın iki məşhur müğənnisi eyni vaxtda intihar edib
11:32 / 19-11-2025
Ruslar iki şəhəri raketlə vurub
11:24 / 19-11-2025
Məcnun Məmmədov 842 minlik layihəni tendersiz həyata keçirib
11:23 / 19-11-2025
Avropa İttifaqı Rusiyaya qarşı plan hazırlayıb
11:14 / 19-11-2025
Milli Məclisdə büdcə müzakirələri başlayıb
10:59 / 19-11-2025
Meyitdən dializ xəstəsinə böyrək köçürülüb
10:57 / 19-11-2025
Gələn il pensiyalar nə qədər artırıla bilər? - Açıqlama
10:52 / 19-11-2025
Orta Dəhlizlə bağlı Birgə Təşəbbüs" sənədi imzalanıb
14:25 / 15-11-2025
İlham Əliyev Özbəkistanda səfərdədir - (Yenilənib) - Fotolar
17:00 / 14-11-2025
Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var
14:18 / 15-11-2025
Ağdam və Zəngilana növbəti köç karvanları gedib - (Yenilənib)
18:17 / 14-11-2025
Ərəstun Oruclunu həbs etmək istəyirlər
22:57 / 14-11-2025
BMT Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
18:00 / 16-11-2025
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış edib - (Yenilənib) - Fotolar
18:46 / 15-11-2025
Xalq artisti Yaşar Nurinin qızı dünyasını dəyişib
20:14 / 16-11-2025
Altımış beşinci aşırım - Etibar Cəbrayıloğlu yazır
16:07 / 17-11-2025
Keçmiş baş nazir edam cəzasına məhkum edilib
14:42 / 17-11-2025
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri vahid platformaya çevrilir
09:08 / 15-11-2025
Dəyəri 90 milyon dollardan çox olan heroin aşkar edilib - Fotolar
17:02 / 14-11-2025
Zelenski Əliyevə zəng edib
Bakı və İrəvan Rusiya sülhməramlılarından eyni dərəcədə narazıdır
Tarix: 05-08-2022 14:01 | Bölmə: Slayd

Ermənistan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizində hüquqi rejimin dəyişdirilməsinə zorla cəhd edən Azərbaycanın hərəkətlərini dayandırmağa çağırıb. Xankəndidən verilən məlumata görə, avqustun 4-də vəziyyət ümumilikdə stabilləşib. Bir-birini atəşkəs rejimini pozmaqda ittiham edən İrəvan və Bakı da Rusiya sülhməramlılarının hərəkətlərindən narazılıqlarını bildiriblər.
Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimay qazeta” yazıb.
Rus nəşrinin təhlilində qeyd olunur:
Bakının rusların mavi dəbilqəlilərinə iddiaları ondan ibarətdir ki, Azərbaycan onların hesabatlarında atəşkəs rejimini pozan kimi göstərilir. Bakı bunda rusların qərəzliliyini görür. Azərbaycan rəhbərliyi hesab edir ki, ruslar Qarabağdakı erməni birləşmələrinin tərksilah edilməsi haqqında sazişin bəndini yerinə yetirmirlər.
İrəvan da öz növbəsində Rusiya sülhməramlılarının Qarabağdakı vəziyyətə Azərbaycan tərəfinin silahlı döyüş əməliyyatları haqqında düşünmədiyi dərəcədə təsir etməməsindən narazıdır. Xüsusən də Baş nazir Nikol Paşinyan son günlərin gərginləşməsini şərh edərkən bildirib ki, sülhməramlı kontingentlə bağlı müəyyən suallar var.
Ukrayna hadisələri, eləcə də Tayvan ətrafında müəyyən gərginləşmə dünya ictimaiyyətinin diqqət mərkəzində olmasına baxmayaraq, Qarabağda gərginliyin artması da reaksiyasız qalmadı. Birləşmiş Ştatlar tərəflərdən tamhüquqlu müharibəyə səbəb ola biləcək hərbi əməliyyatları dərhal dayandırmağı tələb edib. Münaqişə zonasına bitişik olan İran sərhədə əlavə canlı qüvvə və xeyli sayda zirehli texnika yeridib. Tehranın münaqişəyə birbaşa müdaxiləsindən söhbət gedə bilməz. Bu, daha çox öz ambisiyalarını nümayiş etdirməyə yönəlmiş bir hərəkətdir: İran özünün regional lider olduğunu iddia edir.
Azərbaycan və Ermənistan tərəfləri həmişə olduğu kimi, yeni ölümlərə səbəbləri müxtəlif cür şərh edir və regionu növbəti müharibənin astanasına qoyur. Xankəndidən bildiriblər ki, rəsmi Bakı Rusiya sülhməramlıları vasitəsilə Ermənistanla əlaqə marşrutunun (Laçın dəhlizinin) dəyişdirilməsini tələb edir.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın tələbinin qanunsuz olduğunu bəyan edib. Məsələ burasındadır ki, Rusiya, Azərbaycan və Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına görə, Qarabağı Ermənistanla birləşdirən marşrut 2023-cü ilə qədər dəyişdirilməlidir. Beləliklə, məlum olur ki, Bakı işləri tələsdirir.
Ermənistan tərəfinin imtinası, açıq-aydın, Bakını öz yolunu tutmaq üçün güc tətbiq etməyə təhrik edib. Əgər avqustun 1-də və 2-də tərəflərin bir-birini günahlandırdığı lokal atışmalar olubsa, avqustun 3-də Azərbaycan 44 günlük müharibədə həlledici rol oynayan dronlardan yararlanıb. Yalnız “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun hərbi qulluqçularının həlak olması və yaralanması ilə bağlı rəsmi xəbərlər gələndən sonra kənar oyunçular vəziyyətə müdaxilə etməyə başladılar. Döyüş əməliyyatlarının dayandırılması çağırışları Moskva və Brüssel tərəfindən edilib.
Ermənistanın ekspert ictimaiyyətində şübhələr yaranıb ki, Rusiya və Azərbaycan müdafiə nazirləri arasında bu yaxınlarda baş vermiş telefon danışığı onların arasında bəzi ziddiyyətləri üzə çıxardığından Bakı vəziyyəti qızışdırır. Politoloq Akop Badalyanın fikrincə, gərginlik diplomatik proseslərin intensivləşməsi fonunda baş verir. O qeyd edir ki, bu gərginlik Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında avqustun 5-nə planlaşdırılan görüşdən əvvəl baş verib.
Ekspert Tiqran Qriqoryan hesab edir ki, Azərbaycan gərginlik yaratmaqla Ermənistanı ağrılı güzəştlərə getməyə məcbur etməyə çalışır. Qriqoryan bildirib ki, “Azərbaycan yaxın günlərdə mövqe baxımından uğur qazanacaq”.
Bakının hadisələrə öz şərhi var. Azərbaycan XİN-nin bəyanatında deyilir ki, 2022-ci il avqustun 3-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu ərazisindəki Azərbaycan bölmələrinin mövqeləri, üstəlik, Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdən də atəşə tutulub. Nəticədə Azərbaycan Ordusunun hərbçisi həlak olub, - sənəddə deyilir.
Azərbaycan Xarici İşlər Nazirliyi xatırladır ki, Ermənistan yuxarıda qeyd olunan 10 noyabr 2020-ci il tarixli bəyanatın öhdəliklərini yerinə yetirməyib: “Qeyri-qanuni erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazisindən çıxarılmayıb”.
Yeri gəlmişkən, İrəvanın bu ittihama cavabı var: erməni çağırışçılar “Artsax”a xidmətə göndərilmir və onun müdafiə ordusu tamamilə yerli sakinlərdən ibarətdir. Bu vəziyyət, təbii ki, Bakıya yaraşmır.
Azərbaycan öz bəyanatında baş vermiş insidentdə Ermənistanın siyasi və hərbi rəhbərliyini günahlandırır. Bəyanatda, həmçinin razılıq əldə olunmayacağı təqdirdə Bakının problemləri güc yolu ilə həll etməyə davam etmək niyyətinə də işarə edilir.
Azərbaycan öz hərəkətlərini “Qisas” əməliyyatı adlandırıb və bu əməliyyat zamanı guya erməni birləşmələri tərəfindən işğal olunacağı iddia edilən bir neçə mühüm yüksəklik nəzarətə götürülüb.
Erməni tərəfi peyk görüntülərini yayaraq, bu yüksəkliklərin avqustun 3-dən xeyli əvvəl Azərbaycan tərəfindən nəzarətə götürüldüyünü iddia edib.
Bakının siyasi müşahidəçisi Şahin Cəfərli son hadisələri şərh edərkən bildirib ki, Rusiya Azərbaycan və Ermənistanın problemlərinin müzakirəsində, onlar arasında sülh müqaviləsi hazırlamaqda maraqlı deyil və heç də bu qarşıdurmaya son qoymaqda maraqlı görünmür. Onun fikrincə, sülh müqaviləsi Rusiya sülhməramlı kontingentinin regionda yerləşdirilməsini mənasız edəcək və buna görə də Moskvanın gərginliyi idarə etməsi, hətta münaqişə tərəflərinə bəzi təxribatlara yol verməsi guya vacibdir.
Cəfərli deyib: “Əgər Ermənistan və Azərbaycan həqiqətən də problemlərini həll etmək istəyirlərsə, hər hansı təxribatdan qaçmalı, danışıqlar masası arxasında qalmalı və dialoqu davam etdirməlidirlər”. Lakin eyni zamanda, o, Qarabağ silahlı birləşmələrinin Nikol Paşinyan hökumətinə tabe olmaması ilə vəziyyəti daha da mürəkkəbləşdirdiyini və buna görə də “Rusiya “Dağlıq Qarabağın Müdafiə Ordusu” vasitəsilə öz oyununu davam etdirə biləcəyini” vurğulayır.
Ş. Cəfərli başqa problemi də etiraf edir:
“Paşinyanın mövqeyi o qədər də güclü deyil, onun ciddi rusiyapərəst müxalifəti var və “Rusiya Ermənistanda sabitliyi poza və orada xaos yarada bilər”.
Ekspert bildirib: “Buna görə də Paşinyan hökuməti Azərbaycanla çox ehtiyatlı dialoq aparmağa məcburdur. Bütün deyilənləri ümumiləşdirsək, biz pis dairədən çıxa bilmərik”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:18
Qırmızı Bazar və Sosa növbəti köç olub
Bu gün, 12:02
Ağdama növbəti köç karvanı gedib
Bu gün, 11:23
Avropa İttifaqı Rusiyaya qarşı plan hazırlayıb
Bu gün, 11:14
Milli Məclisdə büdcə müzakirələri başlayıb
Dünən, 21:13
Rusiya ordusu Donetsk bölgəsində irəliləyir - Foto
Dünən, 16:56
Qarabağa köçənlərin sayı artır
Dünən, 16:26
Yer kürəsini sirli bir peyk müşahidə edir
Dünən, 12:18
Dünya yeni qaydalar diktə edir: Avropa təsirini itirir, Türkiyə və digər ölkələr önə çıxır
17-11-2025, 14:42
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri vahid platformaya çevrilir
17-11-2025, 13:11
ANAMA-nın əməkdaşı Ermənistanla sərhəd bölgədə minaya düşüb
17-11-2025, 12:50
Üç dövlət nüvə silahlarının sayını artırır
17-11-2025, 11:33
Ukraynanın daha iki şəhəri mühasirəyə alına bilər
17-11-2025, 10:58
Rusiyaya gedənlərin sayı azalıb - Səbəb
17-11-2025, 00:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
16-11-2025, 18:00
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış edib - (Yenilənib) - Fotolar
14-11-2025, 17:00
Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var
14-11-2025, 16:32
Ekspert: Ermənistan 5-10 il ərzində Azərbaycana qarşı silahlanmanı davam etdirəcək
14-11-2025, 12:39
Xankəndidə mənzillər satışa çıxarılacaq
14-11-2025, 11:21
“Tramp yolu” Paşinyanı qələbəyə aparacaq?
13-11-2025, 23:29
Sevinc Osmanqızı Baş Prokurorluğa çağırılıb
13-11-2025, 18:03
Növbəti müharibələr kosmosda başlayacaq - Xəbərdarlıq
13-11-2025, 15:57
Prezident İlham Əliyev Özbəkistan mediasına müsahbə verib
13-11-2025, 13:05
Ukraynanın daha bir şəhəri mühasirəyə alınır
13-11-2025, 12:34
Təhlükəli virus yayılır - Xəbərdarlıq
13-11-2025, 11:35
Cəbhə xətti: ruslar Pokrovsk şəhərinə cənubdan irəliləyir - Foto
13-11-2025, 10:49
Oğul Trampın Ermənistana səfəri niyə ləğv olunub?
13-11-2025, 09:50
Fuad Nəcəfli barəsində cinayət işi açılıb? - Yoxlama materialları
12-11-2025, 16:53
Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir
12-11-2025, 16:17
Azərbaycan Ordusu regionda ən güclüsüdür - Ekspert
12-11-2025, 14:37
Gizli tunellər: İranın hərbi sirləri faş olur
12-11-2025, 14:09
Avropa ilə Rusiya arasında müharibə ehtimalı artır - Foto
12-11-2025, 13:31
Kürdəmirə icra başçısı təyin olunub
12-11-2025, 13:13
İcra başçısı təyinatı imzalanıb - Sərəncam
12-11-2025, 13:00
Prezident səlahiyyətli nümayəndəni vəzifədən azad edib - Yeni təyinat
12-11-2025, 10:12
Güclü geomaqnit qasırğası başlayıb
12-11-2025, 09:33
Ruslar daha üç yaşayış məntəqəsini ələ keçirib
12-11-2025, 00:50
Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub - (Yenilənib) - Fotolar
12-11-2025, 00:11
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
11-11-2025, 22:18
Türkiyənin hərbi təyyarəsi qəzaya uğrayıb - Əliyev Ərdoğana başsağlığı verib - (Yenilənib)
11-11-2025, 20:48
Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyir
11-11-2025, 12:45
Ən uzun çayların yeni siyahısı tərtib olunub

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək