21:29 / 28-08-2025
Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri müəyyənləşib
21:17 / 28-08-2025
Gəncədə 29 yaşlı şəxsi bıçaqlayıblar
20:42 / 28-08-2025
Məmmədəli Ağayev Moskvada saxlanılıb - Foto
18:43 / 28-08-2025
"Səfirliyimizə zərər dəyib" - XİN Rusiyanın Kiyevə hücumu ilə bağlı məlumat yayıb
18:13 / 28-08-2025
Ərdoğan Ukraynadakı müharibənin “ədalətli həlli”ni mümkün sayır
18:00 / 28-08-2025
Qaxda 13 yaşlı qıza 30-dan çox kişi təcavüz edib - Yenilənib
17:56 / 28-08-2025
“Meydan TV”-nin əməkdaşlarına 8 maddə ilə ittiham elan olunub
17:51 / 28-08-2025
Sabirabad sakini anasını güllələyib, özünü isə öldürüb
17:37 / 28-08-2025
Abşeronda 54 yaşlı kişi öldürülüb - Yenilənib
17:31 / 28-08-2025
ABŞ-da təhsil vizasının verilmə qaydası çətinləşib
17:29 / 28-08-2025
Çin İsraili hərbi əməliyyatları dayandırmağa çağırır
17:19 / 28-08-2025
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
17:19 / 28-08-2025
Professor: “Dövlətin dəstəyi olmasa, Azərbaycan teatrı yaşaya bilməyəcək”
17:01 / 28-08-2025
Sabiq nazir: "Hər universiteti kəndə, rayona köçürmək düzgün yanaşma deyil"
16:15 / 28-08-2025
Qukasyanın cinayət işi: sənədlər elan edilib
15:53 / 28-08-2025
Səkinə İsmayılova: “Mən olsaydım, var-gücümlə ədaləti bərpa edərdim”
15:50 / 28-08-2025
Ağdamda zorakılığa məruz qalan azyaşlılar körpələr evinə yerləşdiriləcək
15:21 / 28-08-2025
Rejissor yeni filmə görə studiyaları tənqid edib
15:03 / 28-08-2025
Partlayış olan binadakı 15 mənzilin sakininə kirayəpulu veriləcək
14:46 / 28-08-2025
Sabiq komitə sədrinin qızı vəzifədən azad olunub
14:43 / 28-08-2025
Sabirabadda yol qəzası: baba və nəvə ölüb, 4 nəfər xəsarət alıb - Fotolar
14:11 / 28-08-2025
Ukraynalı komandirə sanksiya tətbiq olunub
14:01 / 28-08-2025
Meksika parlamentində dava düşüb
13:48 / 28-08-2025
Biznesmenin cəsədini 68 metr dərinlikdən çıxarırlar
13:45 / 28-08-2025
Paşinyan: "II Qaregin vəzifəsini tərk etməlidir"
13:44 / 28-08-2025
Ağ evin qərarı istefalara səbəb olub
13:31 / 28-08-2025
Bakıda nəqliyyatda gedişhaqqı artırılacaq? - Açıqlama
13:29 / 28-08-2025
Ukrayna kəşfiyyatı rusların “Kalibr” gəmisini vurub
13:25 / 28-08-2025
Babək Quliyev UEFA-dan təyinat alıb
13:23 / 28-08-2025
NATO bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
15:41 / 25-08-2025

14:04 / 26-08-2025

19:23 / 24-08-2025

01:04 / 26-08-2025

00:03 / 25-08-2025

10:51 / 25-08-2025

18:09 / 27-08-2025

17:14 / 25-08-2025

11:13 / 26-08-2025

11:12 / 24-08-2025

12:50 / 27-08-2025

16:14 / 25-08-2025

Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili tamam olur
Tarix: 28-05-2018 00:56 | Bölmə: Slayd

Bu gün Azərbaycanın milli bayramı -Respublika Günü qeyd olunur. 100 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 May 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;
Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;
Azərbaycan Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;
Azərbaycan Cümhuriyyətinin milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;
Azərbaycan Cümhuriyyətinin öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;
Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur.

M. Ə. Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib. Mustafa Mahmudovun katib olduğu iclasa Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli (bolşevik Nəriman Nərimanov deyil - red.), Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə qatılıblar.
Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiqlənib.
İlk hökumətin tərkibi belə idi:
Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri
Xosrov Paşa bəy Sultanov - hərbi nazir
Məmmədhəsən Hacınski - xarici işlər naziri
Nəsib bəy Yusifbəylı - maliyyə naziri və xalq maarif naziri
Xəlil bəy Xasməmmədov - ədliyyə naziri
Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri
Əkbər Ağa Şeyxülislamov - əkinçilik və əmək naziri
Xudadat bəy Məlik-Aslanov - yollar və poçt-teleqraf naziri
Camo bəy Hacınski - dövlət nəzarətçisi.
AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC Milli Ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.
1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söyləyib.
Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Ə. Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə H. Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasında F. X. Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F. X. Xoyskiyə tapşırılıb.
AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may - 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) aiddir.
Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunların hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.
AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.
Qeyd edək ki, AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı imperiyası tərəfindən rəsmən tanınıb.
Hazırda AXC-nin yaranması tarixi Azərbaycanın milli bayramı - Respublika Günü kimi qeyd edilir. Bu tarix ölkəmizdə qeyri-iş günü elan olunub.
Azərbaycan prezidentinin sərəncamı ilə Bakının mərkəzində AXC-nin şərəfinə abidə ucaldılıb.
Eyni zamanda prezident İlham Əliyevin sərəncamı ilə AXC qurucuları Məhəmməd Əmin Rəsulzadənin, Əlimardan bəy Topşubaşovun, Fətəli xan Xoyskinin və digərlərinin yubileyləri dövlət səviyyəsində qeyd edilib, xatirələri əbədiləşdirilib.
Azərbaycan prezidenti Respublika Günü münasibətilə hər il rəsmi qəbul keçirir.
Dövlət başçısının sərəncamına əsasən, 2018-ci il Azərbaycanda "Cümhuriyyət İli" elan olunub.
Ölkədən və ölkədən kənarda bu münasibətlə müxtəlif tədbirlər keçirilir.
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:44
563 ədəd PUA, “İsgəndər-M” və digər raketlər vurulub
Bu gün, 12:11
İrəvanla Bakı arasında yeni səhifə açılır
Bu gün, 10:06
Sabah daha üç şəhidimiz dəfn olunacaq - Fotolar
Bu gün, 08:00
Putin və Zelenski İstanbulda görüşə bilərlər
Dünən, 18:09
Bakının üç rayonunda söküntü işlərinə başlayırlar
Dünən, 13:31
Qəzzanın tam işğalı üçün hücumlar başlayıb
Dünən, 09:28
Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyulub
26-08-2025, 14:43
Cəlaloğlu: Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir
26-08-2025, 11:13
Zəngəzur dəhlizi Türkiyəyə effektiv yol açır
25-08-2025, 18:21
Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirməyə çalışan qüvvələr var
25-08-2025, 17:14
Qəzzada 300 nəfər acından ölüb - 117-si uşaqdır
25-08-2025, 16:46
ABŞ Rusiya təyyarələrini ələ keçirib
25-08-2025, 15:29
Putin Trampı aldadır
25-08-2025, 11:32
NATO dağıla bilər
25-08-2025, 10:51
Ermənistan ordudan imtina edir?
23-08-2025, 16:27
Bayramovla Lavrov arasında telefon danışığı olub
22-08-2025, 14:42
Türkiyə Ukrayna məsələsində Qərb müttəfiqlərinə bənzəmək istəmir
22-08-2025, 13:04
Hərbi ekspert: Problemimiz müttəfiqlərimiz Türkiyə və İsrail arasındakı gərginlikdir
22-08-2025, 11:14
ABŞ İrana yeni sanksiya tətbiq edib
21-08-2025, 18:23
Trampın Rusiya-Ukrayna siyasəti iflasa uğrayacaq - Professor
21-08-2025, 14:49
Zərərçəkən ermənilərin məhkəməsində: "Girovluqda ərimin başını kəsdilər"
21-08-2025, 10:38
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur
21-08-2025, 09:27
ABŞ Putinin həbsinə order verən hakimlərə sanksiya tətbiq edib
21-08-2025, 08:08
Sentyabrda Ay, Günəş və Venera tutulacaq
20-08-2025, 17:36
Putin-Zelenski görüşünə şübhələr artır
20-08-2025, 13:26
Professor: Avropa lider böhranı ilə üzləşib - Fotolar
20-08-2025, 12:15
Müəllimlərin işə qəbulu üzrə müsahibə başlayıb
20-08-2025, 11:50
İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb
20-08-2025, 11:19
10-a yaxın ölkə Ukraynaya qoşun göndərməyə hazırdır
19-08-2025, 16:05
İsazadə: Atəşkəs üçün yeganə şans Putin-Zelenski görüşü ola bilər
19-08-2025, 14:57
Ermənilərin Qarabağa qayıtması mümkün deyil
19-08-2025, 13:56
Tramp üçün iki sınaq: Ukrayna və Cənubi Qafqaz
19-08-2025, 12:41
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
19-08-2025, 12:09
Putin sülh danışıqlarından Qərbə qarşı müharibə aləti kimi istifadə edir
19-08-2025, 11:07
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
19-08-2025, 08:13
İspaniyada 2405 nəfər istidən dünyasını dəyişib
19-08-2025, 07:52
Zelenski: ABŞ-dan təhlükəsizliyimizə təminat aldıq
18-08-2025, 18:18
Tramp, Zelenski və Putin bu həftə görüşə bilərlər
18-08-2025, 17:57
Şəhidlər xiyabanında əxlaqsız videolar paylaşan əcnəbilər həbs olunub - (Yenilənib) - Fotolar
18-08-2025, 11:03
Məsud Pezeşkian İrəvana hansı ümidlə gedir?