Putin xilas olmağın yolunu Çində axtarır
Tarix: 06-12-2022 11:11 | Bölmə: Slayd
Putin xilas olmağın yolunu Çində axtarır

Ukraynada müharibə aparan Rusiyanın əsas müttəfiqi rolunda hazırda İran və Çin çıxış edir. Beynəlxalq oyunçular isə Çini prosesdən kənarda saxlamaq üçün əllərindən gələni edirlər. Ötən həftə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Pekinə səfər edərək bu ölkənin başçısı Si Cinpinlə qapalı müzakirələr aparıb. ABŞ prezidenti Co Bayden də bir müddət əvvəl Cinpinlə anoloji danışıqlar aparıb.

Bir sıra ekspetlər əmindir ki, indiki gərgin mərhələdə Rusiya prezidenti Vladimir Putinin eşidəcəyi və sözünə əməl edəcəyi yeganə fiqur Çin lideri Si Cinpindir.

Reyting.az-ın məlumatına görə, politoloq Boris Tizenhauzen bildirib ki, Çin Rusiya ərazilərinin 10 Krım böyüklüyündə bir hissəsini 49 il müddətinə icarəyə götürüb və onu geri vermək niyyətində deyil. Çinlilər artıq meşələri qırır, faydalı qazıntılar çıxarırlar.

Çin lideri S. Cinpin deyib ki, nüvə silahından istifadə və hətta təhdidlər də qəbuledilməzdir. Cinpin bunu dedikdən sonra Rusiya Federasiyasında hamı üçün mikrofonlar işə salınıb. Çünki nüvə silahından istifadənin mümkünlüyü mesajından sonra Avropa dövlətlərinin liderləri Putinlə danışıb və bu, Rusiya prezidentini daha çox qıcıqlandırıb. Amma Çinin başçısı bunun qəbuledilməz olduğunu elan etdikdən sonra Rusiya lideri də bunu nəzərə almaq məburiyyətində qalıb.

Tizenhauzen Cinpinin Putinə təsir sirrinin nə olduğunu və onu niyə eşitdiyinin səbəbinlərinə toxunub: “Çin və Hindistan əslində Avropa İttifaqının artıq almadığı layiqli həcmdə enerji resursları almaqla hələ də Putinin büdcəsini doldurmaqda davam edirlər. Üstəlik, Rusiya öz ərazilərini Çinə icarəyə verib. Çinin icarəyə götürdüyü ərazilər Krımdan daha böyükdür. Çin nəinki nəyisə icarəyə götürür, becərir, faydalı qazıntılar çıxarır, ağacları kəsir. Çin on Krım boyda ərazini çətin ki, Rusiyaya qaytarsın”. Politoloq əlavə edib ki, Çin sanksiyalara qoşulsa, Rusiya iqtisadiyyatı bir il ərzində bərbad hala düşəcək.

Ekspertin iddiasına görə, Putin Çindən siyasi sığınacaq da istəyə bilər:

“Birincisi, Putin oradan ekstradisiya edilmir, ona bu cür zəmanətləri iki dünya liderindən biri kimi yalnız Çin verə bilər. Putin iqtisadi, siyasi və yəqin ki, artıq haradasa və mənəvi cəhətdən Çindən asılıdır. Çin isə eksklüziv olaraq öz maraqlarına çatmaqda bir çip kimi Putindən istifadə edir. Əlbəttə, ABŞ-ın buna reaksiyası var”.

Atırladaq ki, 2022-ci il oktyabrın 10-da, Ukrayna şəhərlərinə ən böyük raket hücumlarından birinin baş verdiyi gün, əvvəllər Rusiyanın Ukraynaya qarşı müharibəsini tənqid etməkdən çəkinən Çin və Hindistan bu ölkəni gərginliyi azaltmağa və dialoqa çağırıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning brifinqində deyib ki, “bütün ölkələr öz suverenliyinə və ərazi bütövlüyünə hörmətə layiqdirlər”.

Bundan əvvəl rəsmi Pekin “Rusiyanın beynəlxalq arenada əsas oyunçu statusunu təsdiqləmək” təşəbbüslərini bəyənib.

Onu da qeyd edək ki, Rusiya müxalifətinin lideri Mark Feygin “Çin Rusiyanı zəiflətməkdə və Ukraynada rusları məğlub etməkdə maraqlıdır, çünki Rusiya Federasiyası xilası Çindən axtaracaq”, - demişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}