Azərbaycan prezidenti Türkiyədən ciddi mesajlar verib
Tarix: 16-03-2023 17:29 | Bölmə: Slayd
Azərbaycan prezidenti Türkiyədən ciddi mesajlar verib

"Bu gün qardaş Türkiyədə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Görüşdə əsasən birlik daxilində inteqrasiya, ölkələr arasında münasibətlərin inkişafı, dünyada baş verən məsələlər müzakirə edilib. Bu, cür tədbirlərin sistemli keçirilməsi təqdirəlayiqdir".

Bunu Reyting.az-a açıqlamasında Azərbaycan Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev deyib.

Partiya sədri daha sonra diqqəti Zirvə görüşündə iştirak və çıxış edən Azərbaycan prezidenti İlham Əliyevin toxunduğu məsələlərə yönəldib.

B. Quliyev qeyd edib ki, prezident Əliyev çıxışında Türkiyənin son 20 ildə böyük inkişaf yolu keçməsini, hərbi-siyasi, iqtisadi-diplomatik baxımından irəliləməsini, geopolitik və regional baxımından əhəmiyyətli mövqedə olduğunu söyləməsi təsadüfi deyil:

"Türkiyə Suriyada, İraqda, Liviyada geopolitik proseslərdə əsas oyunçulardan biridir. O cümlədən Cənubi Qafqazda. Ümumən Türk Dövlətləri Birliyinin ortaya çıxması bir çox mənfi yönlü layihələri dağıdıb, türk dövlətlərinin birgə olmasını istəməyənlərin arzusunu puç edib. Bu, birlik daxilində aparıcı Türkiyədir. Bu mənada Əliyevin məlum çıxışı tamamilə reallığı əks etdirir. O mənada ki, Türkiyənin nüfuzu ilə artıq dünyada hesablaşırlar".



CXP sədri diqqətə çatdırıb ki, türk ölkələri arasında iqtisadi əlaqələrin qurulması, bankçılıq sisteminin inkişafı gələcəkdə bu birliyi daha monolit, daha da güclü edəcək:

"Əliyev çıxışı zamanı müsbət və vacib mesajlar verdi. Türkiyədə prezident seçkiləri və Bahar bayramı öncəsi Türk Dövlətləri Təşkilatının Zirvə görüşü həm də Türkiyənin güclənməsinə xidmət edir. Aydındır ki, güclü Türkiyə hər bir türk dövlətinin təminatı deməkdir.

Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi var, digər türk dövlətləri ilə Türkiyə arasında da belə bəyannamələrə ehtiyac duyulur. Bunlar ciddi məsələlərdir. Gələcəkdə əlaqələrin güclənməsi o deməkdir ki, Türkiyənin liderliyi ilə Türk Dövlətləri Təşkilatı ilə hesablaşmağa məcbur qalacaqlar. Hesab edirəm ki, Azərbaycan tərəfi bunları daha yaxşı duyur. Odur ki, Azərbaycan prezidentinin çıxışı bu baxımdan çox əhəmiyyətlidir".

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}