Rusiyameylli siyasətçi Türkiyə prezidenti olmaq istəyir
Tarix: 24-03-2023 11:58 | Bölmə: Siyasət
Rusiyameylli siyasətçi Türkiyə prezidenti olmaq istəyir

Türkiyə prezidentliyinə iddialı, Türk Ana Vətən Partiyasının lideri Doğu Pərinçək Qərbin Rusiyaya qarşı sanksiya məhdudiyyətlərini kəskin tənqid edib. Reyting.az-ın məlumatına görə, Pərinçək deyib ki, rəhbərlik etdiyi partiya anti-Rusiya sanksiyalarını tanımır.

Siyasətçi bildirib ki, Türkiyədə hakimiyyətə gələcəyi təqdirdə, Rusiyaya tətbiq edilmiş məhdudiyyətlərə qarşı mübarizə aparacaq. Onun fikrincə, Rusiyaya qarşı sanksiyalar, həm də Türkiyəyə qarşıdır.

Xatırladaq ki, D. Pərinçək təxminən bir ay əvvəl Bakıda Azərbaycanın Avrasiyaya inteqrasiyasına həsr olunmuş konfransın açılışında fəxri qonaq olub.

O, Krımı Rusiya ərazisinin bir hissəsi kimi tanıdığını bəyan edib. Türkiyəli siyasətçi eyni fikri xüsusi hərbi əməliyyat zamanı Rusiya Federasiyasının azad etdiyi bölgələr haqqında da söyləyib.

Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkiləri mayın 14-də keçiriləcək. Pərinçək artıq prezidentliyə namizəd olmaq üçün ölkənin ali seçki şurasına müraciə edib. Lakin bunun üçün siyasətçi öz dəstəyi üçün 100 min imza toplamalıdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}