İki rayona polis rəisi təyin edilib
Tarix: 14-03-2024 15:54 | Bölmə: Xəbərlər
İki rayona polis rəisi təyin edilib

Neftçala və Oğuz Rayon Polis Şöbələrinə (RPŞ) rəis təyinatı olub.

Məlumata əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Nəsimi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}