Hava hücumları Belqorodda seçkinin gedişini pozub
Tarix: 15-03-2024 14:18 | Bölmə: Xəbərlər
Hava hücumları Belqorodda seçkinin gedişini pozub

Martın 15-də səhər saatlarında Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində "Vampire" tipli RM-70 reaktiv yaylım atəşi sistemindən yeddi raketi vurub.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Atışma zamanı Belqorod, həm də Belqorod vilayətində hava hücumu xəbərdarlığı elan edilib.

"RİA Novosti" bildirir ki, məhz buna görə raket təhlükəsi səbəbindən Rusiyada prezident seçkilərində səsverməyə gələnlər seçki məntəqəsini təcili tərk ediblər. Şəhər və vilayətdəki seçici kütləsi Rusiyanın hərbi kontingentinin müşayiəti ilə sığınacaqlara düşüblər. Bu hadisədən 15 dəqiqə keçməmiş raket xəbərdarlığı ləğv edilib və səsvermə davam etdirilib.

Yerli hakimiyyət orqanları atəşin nəticələri barədə hələlik məlumat verməyib.

Hakimiyyət orqanları prezident seçkiləri ilə bağlı səsvermə prosesinin bərpa edildiyini bildirsə də, Rusiyanın bir neçə müxalifyönümlü media kanalları yerli sakinlərə istinadla bildirib ki, hücumların baş verdiyi bölgədə - Belqorodda, vilayətdə seçkilər baş tutmayıb.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}