Britaniya lazer silahını Ukraynaya verə bilməyəcək
Tarix: 15-03-2024 16:06 | Bölmə: Xəbərlər
Britaniya lazer silahını Ukraynaya verə bilməyəcək

Böyük Britaniya lazer silahları istehsalında problemlə üzləşib. “DragonFire” tipli uzaqmənzilli lazer silahları hələ istifadəyə verilməyib.

Reyting.az
-ın məlumatına görə, bunu Amerikanın "Newsweek" nəşri Britaniyanın Müdafiə Nazirliyinə istinadla yazıb.

Bildirilir ki, istehsalın ləngiməsi səbəbindən Britaniya yaxın gələcəkdə uzaqmənzilli lazer silahlarını Ukraynaya verməyəcək və belə bir plan müzakirə edilmir.

Amma Ukrayna Radasının deputatı Aleksey Qonçarenko "Newsweek" nəşrinə deyib ki, ölkəsi "DragonFire"-ni tezliklə sınaqdan keçirməyə hazırdır.

"Newsweek" qəzetinin etibarlı mənbələrə istinadla verdiyi məlumata görə, müzakirə mövzusu olan sözügedən silah sistemi hələ də tədqiqat və inkişaf mərhələsindədir.

Məlumatda o da qeyd olunur ki, yanvar ayının 19-da Böyük Britaniya məxfi "DragonFire" uzaqmənzilli lazer silahını sınaqdan keçirib.

Mütəxəssislərin fikrincə, bu lazer silahları hava hücumundan müdafiə üçün nəzərdə tutulduğundan dronların vurulmasında da çox effektivdir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}