Avropa Şurasının rəhbəri Putini ələ salıb
Tarix: 15-03-2024 17:05 | Bölmə: Xəbərlər
Avropa Şurasının rəhbəri Putini ələ salıb

Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel Rusiya prezidenti Vladimir Putini seçkinin yekunlaşmamasına baxmayaraq, “böyük qələbəsi” münasibətilə təbrik edib.

Reyting.az
-ın məlumatına görə, Mişel, Rusiya Federasiyasında bu gün başlayan prezident seçkiləri ilə “X” hesabında açıqlama verib.

Vladimir Putini “əzici səs çoxluğu ilə qələbəsinə görə” təbrik etmək istədiyini bildirən Mişel yazıb:

“Rusiyada müxalifət yoxdur. Azadlıq yoxdur. Seçki yoxdur”.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 17-də başa çatacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}