Ruslar müdafiə xəttini yarmağa çalışır
Tarix: 16-03-2024 00:58 | Bölmə: Xəbərlər
Ruslar müdafiə xəttini yarmağa çalışır

Rusiya ordusunun diqqəti Avdeyevka və Novopavlovski istiqamətlərində Ukraynanın müdafiəsini yarmağa yönəlib. Baxmut istiqamətində isə sakitlik hökm sürür.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının axşam hesabatında bildirilir.

Məlumata görə, günün əvvəlindən cəbhə xəttində 68 hərbi toqquşma qeydə alınıb ki, bunun da yarıdan çoxu Rusiya Federasiyası üçün iki “mərkəz” zonada baş verib.

“Avdeyevka istiqamətində müdafiəçilərimiz Donetsk vilayətinin Berdiç, Orlovka, Tonenkoe, Pervomayskoye yaşayış məntəqələri ərazilərində düşmənin 20-dən çox hücumunu dəf ediblər. Novopavlovsk istiqamətində Müdafiə Qüvvələri Krasnoqorivka ərazilərində düşməni mühasirəyə almaqda davam edir. Georgiyevka, Novomixailovka, Donetsk vilayətində düşmən aviasiyanın dəstəyi ilə qoşunlarımızın müdafiəsini 22 dəfə yarmağa cəhd edib”, - məlumatda deyilir.

Baş Qərargah bildirir ki, rus qoşunları Baxmut istiqamətində hücum etməyib.

Kupyansk istiqamətində ruslar taktiki mövqelərini yaxşılaşdırmağa çalışır. Xarkov vilayətinin Sinkovka və Tabaevka yaşayış məntəqələri ərazilərində Müdafiə Qüvvələri rusların 3 hücumunu dəf edib.

“Liman istiqamətində isə əsgərlərimiz Luqansk vilayətinin Beloqorovka və Donetsk vilayətinin Ternı, Rozdolovka yaşayış məntəqələri ərazilərində düşmənin aviasiya vasitələrinin dəstəyi ilə qoşunlarımızın müdafiəsini yarıb keçməyə cəhd göstərdiyi ərazilərdə 9 hücumu dəf edib”, - deyə məlumatda bildirilir.

Baş Qərargah bəyan edir ki, rus ordusu Orexovski istiqamətində Donetsk vilayətinin Staromayorski və Zaporojye vilayətinin Rabotino rayonlarında Ukraynanın mövqelərinə 5 dəfə hücum edib.

Xerson istiqamətində ruslar gün ərzində Ukrayna ordusnun mövqelərinə 3 uğursuz hücum həyata keçirib. Ümumilikdə, ruslar dünən Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə 8 raket, 57 hava zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 46 zərbə vurub. Eyni zamanda, gün ərzində Müdafiə Qüvvələrinin aviasiyası rusların şəxsi heyəti, silah və hərbi texnikasının cəmləşdiyi 7 əraziyə zərbələr endirib.

Qeyd edək ki, Avdeyev istiqamətində ruslar bir neçə gün ardıcıl olaraq üç briqadanın zonalarında Ukrayna qoşunlarının müdafiəsini yarmağa fəal cəhd göstərir. Ukrayna Silahlı Qüvvələrinin komandanı Aleksandr Sırskinin məlumatına görə, ruslar hər gün hücum edir, hücum hərəkətləri intensiv artilleriya atəşi və pilotsuz təyyarələrin aktiv istifadəsi ilə müşayiət olunur.

Onun sözlərinə görə, ukraynalı müdafiəçiləri üçün bütün lazımi tədbirlər görülüb.

Onu da qeyd edək ki, bir gün əvvəl Ukrayna prezidenti Zelenski bu ərazilərə səfər edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}