Rusiyada xarici agentlərin sayı artır - Siyahı
Tarix: 16-03-2024 13:05 | Bölmə: Xəbərlər
Rusiyada xarici agentlərin sayı artır

Rusiya Ədliyyə Nazirliyi mart ayının 15-də “xarici agentlər” reyestrini yeniləyib və bu siyahıya daha yeddi nəfərin adını əlavə edib.

Reyting.az
xəbər verir ki, “xarici agentlərin” reyestrinə aşağıdakı şəxslər daxildir:

1. Rejissor Roman Liberov.

2. İqtisadçı İqor Lipsits.

3. Jurnalist və şərqşünas Marianna Belenkaya.

4. Novosibirskdən olan deputat Svetlana Kaverzina.

5. Kino və teatr aktyoru Semyon Treskunov.

6. Keçmiş polis mayoru Oleq Kaşintsev (“saxta” işlərdə və "feyk" xəbərlər yaydığına görə qiyabi məhkum olunub).

7. "Dovod" nəşrinin baş redaktoru Kirill İşutin.

Xatırladaq ki, bu şəxslərin hamısı Aleksey Navalnıya normal münasibət bəsləyən və müxalifət lideri kimi onun siyasi fəaliyyətini dəstəkləyən rusiyalılardır. Onlar Rusiyada demokratik seçkilərin keçirilməsinin, siyasi məhbusların azad edilməsinin tərəfdardarı olmaqla yanaşı, həm də Putin rejiminin, Kreml məmurlarının müdaxiləsi sayəsində ölkədəki iqtisadi inhisarçılığın əleyhinə çıxıblar. Adları "xarici agentlər"-in siyahısına düşən bu şəxslər dəfələrlə Putin hakimiyyətinə səslənərək rus qoşunlarını Ukrayna ərazilərini tərk etməyə çağırıblar.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}