Netanyahu Rəfaha hücum planını təsdiqləyib
Tarix: 16-03-2024 15:48 | Bölmə: Xəbərlər
Netanyahu Rəfaha hücum planını təsdiqləyib

İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusunun Qəzzanın cənubundakı Rəfah şəhərinə hücum planını təsdiqləyib.

Reyting.az
xəbər verir ki, bunu İsrail Baş Nazirliyinin Mətbuat İdarəsi bəyan edib.

“Ordu əməliyyata və (mülki) əhalinin təxliyəsinə hazırlaşır”, - məlumatda deyilir.

Rəfaha hücumun təsdiqi ABŞ və Misir də daxil olmaqla, beynəlxalq ictimaiyyətin təxminən 1,5 milyon məcburi köçkün fələstinlinin sığındığı Rafaha girməmək barədə xəbərdarlıqlarına baxmayaraq qəbul edilib.

Müharibə zamanı İsrailə dəstək verən ABŞ prezidenti Co Bayden, etibarlı mülki müdafiə planları olmadan İsrailin Rəfahı işğalının “qırmızı xətt” olacağını söyləyib.

Cümə günü Vyanaya səfəri zamanı ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonun Rəfah əməliyyatı ilə bağlı heç bir plan görmədiyini deyib, lakin mülki şəxslərin “zərər çəkməməsi” üçün “aydın və hərəkətə keçə bilən plan” istədiyini təkrarlayıb.

Fələstin prezidenti Mahmud Abbasın ofisi hücum planı ilə bağlı dərin narahatlığını ifadə edib: “İsrailin yeni bir qırğınla və Qəzzada Fələstin əhalisinin daha da köçürülməsi ilə nəticələnə biləcək hərbi hücumu həyata keçirmək istəyir”.

Mahmud Abbasın ofisi həm ABŞ administrasiyasının, həm də beynəlxalq ictimaiyyətin Fələstin xalqının onsuz da böyük iztirablarını daha da artıra biləcək bu hərbi hücumun qarşısını almaq üçün təcili müdaxiləsinin vacibliyini vurğulayıb.

Almaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada “Rəfahda genişmiqyaslı hücuma haqq qazandırmaq olmaz”,- ifadəsi işlədilib.

BMT İsrailin baş naziri Benyamin Netanyahunun Rəfaha hücum planını təsdiqləməsi ilə bağlı xəbərdarlıq edib:

“Rəfaha qarşı quru əməliyyatı Qəzza xalqı və humanitar yardım əməliyyatları üçün fəlakətli olacaq”.

Qeyd edək ki, HƏMAS əvvəlki bəyanatında İsraillə atəşkəs və əsir mübadiləsi razılaşması ilə bağlı təklifi Qətər və Misirdəki vasitəçilərə çatdırdıqlarını açıqlayıb, amma İsrail Baş Nazirliyi HƏMAS-ın son təklifindəki tələbləri məntiqsiz sayır.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}