Moskvalılar seçki bülletenlərini korlayır
Tarix: 16-03-2024 19:06 | Bölmə: Xəbərlər
Moskvalılar seçki bülletenlərini korlayır

Moskva şəhərində və Moskva vilayətində bir çox seçicilər seçki bülletenlərini yazdıqları üçün saxlanılıb.

Reyting.az
-ın məlumatına görə, Moskva və Moskva vilayətindəki bəzi seçki məntəqələrində insidentlər baş verib. Bəzi şəxslər prezident seçkilərində səs verməyə gəldikləri məntəqələrdə Vladimir Putin rejiminə etiraz məqsədi ilə bülletenləri bilərəkdən korladıqlarına görə saxlanılıblar.

"RusNews" xəbər verir ki, Moskva şəhərinin Ramenki rayonunda 2757 saylı məntəqəyə gələn seçicilərin əksəriyyəti bülletenlərə söyüşlərlə “Putin... Və qatildir” yazdıqlarına görə həbs olunublar.

Mənbələr bildirir ki, səsvermə zamanı bəzi seçicilərin bülletenlərin üzərinə uzun müddət nələrsə yazmağı məntəqədəki yüksək rütbəli polis əməkdaşlarından birinin diqqətini çəkib. Səsverməyə gələn bir kişi bülleteni atanda kağızın doldurulmuş tərəfi çölə düşüb və orada nə yazıldığı məlum olub. Saxlanılan şəxs başqaları kimi seçki məntəqəsindən tez çıxarılıb və Ramenkidə yerləşən polis bölməsinə aparılıb.

Moskva yaxınlığındakı Podolsk qəsəbəsinin sakini Mariya Alekseyeva "OVD-İnfo"- ya bildirib ki, o da belə bir iş görməkdən çəkinməyib. Qadın seçici də ələ keçib. Onu məntəqədə bülletenə "pis" sözlər yazdığına görə polis bölməsinə aparıblar.

Daha bir insident Moskva vilayətinin başqa şəhərində - Odintsovoda yaşanıb. Burada seçicilərdən biri seçici siyahısı kitabını cəld qaparaq ora "boykot" sözünü yazıb, sonra isə bülleteni zorla götürməyə cəhd edib.

MSK üzvü olan bir nəfərin insan hüquqları layihəsinə verdiyi məlumata görə, məntəqə içində çaxnaşma salmaq istəyən vətəndaşı kənarlaşdırmaq üçün komissiya üzvləri tez polisə müraciət ediblər.

"OVD-İnfo" -nun MSK-da oturan mənbələri bildiriblər ki, polislər güc tətbiq etmədən, həm də nəzakətlə həmin şəxs ilə birlikdə bölməyə gedəcəklərini söyləyiblər, lakin bu təsirli jest olmadığından polis güc tətbiq etməli olub.

Səsverməyə gedən onlarla adam bildirib ki, seçki məntəqələrində ciddi nəzarət var və onlara bülletenləri yuvarlamağa qətiyyən icazə verilmir. Üstəlik, “seçki qutularının yanında mühafizəçilər dayanıb”,- deyənlərin və bundan şikayət edən rusiyalıların sayı da çoxdur.

Bəzi Rusiya vətəndaşları Rusiyada keçirilən prezident seçkisini "ümidsizlik namizədinə" səs vermək kimi dəyərləndirib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}