Belqorod strateji hədəfə çevrilib
Tarix: 16-03-2024 23:34 | Bölmə: Xəbərlər
Belqorod strateji hədəfə çevrilib

Rusiya Müdafiə Nazirliyi Kiyev rejiminin Belqorod vilayətindəki obyektlərdə ikinci dəfə “terror aktı törətmək cəhdi” barədə məlumat yayıb.

Reyting.az
xəbər verir ki, yerli hərbi idarə mənsubları ilə yanaşı, qeyri-rəsmi mənbələr də növbəti hücumun baş verdiyini təsdiqləyiblər.

Qeyd edək ki, bu gün saat 17:00-dan saat 20:00-a qədər yerli hava hücumundan müdafiə qüvvələri bölgədə baş verənlərlə bağlı tam döyüş hazırlığı vəziyyətində olublar.

Rusiya MN-nin məlumatında bildirilir ki, RM-70 "Vampire" yaylım raketlərinin köməyi ilə 15 MLRS mərmisi məhv edilib. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov yerli teleqram kanalına deyib ki, raketlər Belqoroda yaxınlaşarkən vurulub.

Onun sözlərinə görə, məhv edilən raketlərin, mərmilərin qalıqları Belqorodda sənaye müəssisəsinin ərazisinə düşdüyünə görə yanğın baş verib.

"Bundan əlavə, dağıntılar fərdi təsərrüfata və istixanaya da ziyan vurub”, - deyə qubernator bildirib.

Məlumata görə, raketlərdən biri fərdi yaşayış binasının bağçasına düşüb və partlayış dalğasından istixana dağılıb.

Yayılan digər bir xəbərdə isə bildirilir ki, hücum nəticəsində zərər çoxdur.

Mənbələrin iddiasına görə, hücum başlayan ərəfədə Belqorod vilayətində iki şəxsi ev və bir avtomobil, eləcə də elektrik xətti zədələnib.

Martın 16-da səhər saatlarında baş verən hücum zamanı isə Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətində səkkiz ədəd RM-70 "Vampire"-nin, həm də MLRS mərmisinin, iki pilotsuz uçan aparatın yerindəcə məhv edildiyi barədə məlumat verilib.

Qubernatorun sözlərinə görə, növbəti atışma nəticəsində Belqorodda iki nəfər ölüb, daha iki nəfər isə ağır yaralanıb. Qladkov deyib ki, çoxmənzilli 22 yaşayış binasının 106 mənzilinə, həmçinin onlarla avtomobilə ziyan dəyib.

Hələ də bitmək bilməyən, müəyyən fasilələrlə davam edən atışmalara görə Belqorod şəhərində və ətraf rayonlarda ticarət mərkəzləri işləməyəcək. Yerli rəhbərlik məktəb və kolleclərdə də 18-19 mart tarixlərini tətil günləri elan edib.

Müxalifyönlü Rusiya mediası iddia edir ki, hücumun ikinci mərhələsi bu axşam və yaxud gecəyarısı başlaya bilər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}