Yol qəzasında üç nəfər həyatını itirib
Tarix: 17-03-2024 12:04 | Bölmə: Xəbərlər
Yol qəzasında üç nəfər həyatını itirib

Ağdaşda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-nin mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər ki, martın 16-sı saat 22 radələrində Adil Qasımov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan 2 “Ford” markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində hər iki “Ford”un sürücüsü, 1980-ci il təvəllüdlü Ağəmmədov Yasin Sədyar oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rəşad Ədalət oğlu, eləcə də orada olan 1982-ci il təvəllüdlü Qarayev Yaşar Maarif oğlu aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}