Putin: “Navalnını dəyişmək təklifi ilə razılaşmışdım”
Tarix: 18-03-2024 10:55 | Bölmə: Xəbərlər
Putin: “Navalnını dəyişmək təklifi ilə razılaşmışdım”

Rusiya prezidenti Vladimir Putin siyasətçi Aleksey Navalnının ölümündən danışıb.

Reyting.az
xəbər verir ki, Putin mətbuat konfransında Navalnının ölümünü şərh edib.

“Evan Qerşkoviç bu seçkiləri həbsxanada keçirdi, Ukraynada müharibənin əleyhinə olan Boris Nadejdin sizinlə rəqabət aparmağa icazə verilmədi və Aleksey Navalnı kampaniyanız zamanı həbsxanalarınızın birində öldü. Cənab prezident, siz buna demokratiya deyirsiniz?”,- ABŞ-ın NBC telekanalının jurnalisti prezidentə sual verib.

Vladimir Putin bu suala cavab verərkən Navalnının adını çəkib: “Bu, həyatdır. Nadejdinin qəbul olunmamasını siyasətçinin qərargahının qeyri-qənaətbəxş işi ilə bağlı olub”.

Putin casusluq ittihamı ilə 2023-cü ilin mart ayının sonundan Lefortovoda olan “Vall Street Journal”ın jurnalisti Evan Qerşkoviçin işi ilə bağlı heç nə deməyib.

“Navalnıya gəlincə, bəli, dünyasını dəyişdi. Bu kədərli bir hadisədir. İnsanların dünyasını dəyişdiyi başqa hallarımız da olub. Belə bir hadisə ABŞ-da baş verməyib?”, - deyə Putin cavab verib.

Daha sonra prezident Putin Navalnının ölümündən bir neçə gün əvvəl onu Qərblə dəyişmək ideyası ilə razılaşdığını təsdiqləyib.

Qeyd edək ki, müxalifərçi Navalnı fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsinin Xarpa şəhərindəki cəza koloniyasında dünyasını dəyişib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}