XİN başçısı ABŞ rəsmisi ilə görüşüb
Tarix: 18-03-2024 15:41 | Bölmə: Xəbərlər
XİN başçısı ABŞ rəsmisi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov martın 18-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Reyting.az
xəbər verir ki, görüş zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi və perspektivləri, regiondakı mövcud vəziyyət, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin bir sıra aspektləri müzakirə olunub.

Qeyd edilib ki, nazir Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı və Berlində keçirilmiş görüşlərdən irəli gələn məsələlər, Azərbaycanın sülh prosesində gözləntiləri, proses çərçivəsində açıq qalan məsələlər üzrə ölkəmizin mövqeyini diqqətə çatdırıb. Azərbaycanın sülh prosesinə sadiqliyini bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}