Rusiya Sumıdan yeni hücuma başlaya bilər
Tarix: 19-03-2024 11:43 | Bölmə: Xəbərlər
Rusiya Sumıdan yeni hücuma başlaya bilər

Ukrayna Müdafiə Qüvvələri Sumı vilayətində birinci, ikinci və üçüncü müdafiə xəttinin istehkamlarını gücləndirir.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının “Şimal” Əməliyyat Komandanlığının nümayəndəsi Vadim Mısnik deyib.

“Sumı vilayətində müdafiə qüvvələri dövlət sərhədinin mühafizəsi və Rusiya Federasiyasından hərbi personalın daxil olmasının qarşısının alınması üzrə döyüş tapşırıqlarını yerinə yetirir”, - o əlavə edib.

Hərbçi qeyd edib ki, Ukrayna qüvvələri hadisələrin inkişafı üçün müxtəlif variantları nəzərdən keçirir və hazırlıq işləri görürü: “Lakin hazırda biz Sumı bölgəsinə genişmiqyaslı işğal üçün böyük bir düşmən qrupu görmürük”.

Onu da qeyd edək ki, təkcə bazar ertəsi, martın 18-də bölgə 50 dəfə atəşə tutulub. Sumı Regional Hərbi Administrasiyasının məlumatına görə, ümumilikdə 214 partlayış qeydə alınıb. Martın 17-də Sumıda partlayışlar baş verib və sonradan məlum olub ki, Rusiya şəhərin infrastrukturuna zərbələr endirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}