NATO Rusiya ilə müharibəyə hazırlaşmağa çağırılır
Tarix: 20-03-2024 12:51 | Bölmə: Xəbərlər
NATO Rusiya ilə müharibəyə hazırlaşmağa çağırılır

“2026-2027-ci illərdə Rusiya Şimali Atlantika Alyansına (NATO) hücum edə bilər. Bu səbəbdən üzv ölkələr müdafiə xərclərini təcili artırmalıdırlar”.

Reyting.az
xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda Almaniyadan gələn yeni məlumatlara istinadla CNBC telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Putin NATO-ya hücum etmək məqsədilə müharibə iqtisadiyyatına keçid sürətini ikiqat artırır.

A. Dudanın fikrincə, Rusiya Ukraynada dayandırılsa, bir daha hücum etməyəcək. “Avropanın təhlükəsizliyini maksimum dərəcədə artırmalı, işğalın baş verməməsinə hazırlaşmalıyıq. Döyüş sursatı ehtiyatı toplamalıyıq. Bunun üçün iki-üç il vaxtımız var”, - deyə prezident əlavə edib.

Onu da qeyd edək ki, ilin əvvəlində Almaniyanın “Bild” qəzeti yazıb ki, Bundesver yaxın illərdə Rusiyanın NATO-ya üzv ölkələrə qarşı təcavüzü ssenarisini nəzərdən keçirib. Gizli sənədə görə, Rusiyadan hibrid hücumlar 2024-cü ildə başlaya bilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}