Keçmiş prezidenti 12 il həbs cəzası gözləyir
Tarix: 20-03-2024 20:36 | Bölmə: Xəbərlər
Keçmiş prezidenti 12 il həbs cəzası gözləyir

Braziliyanın keçmiş prezidenti növbəti ittihamlarla üzləşib.

Reyting.az
xəbər verir ki, Braziliyanın eks-prezidenti Jair Bolsonaro pandemiya zamanı koronavirus peyvəndi ilə bağlı məlumatları saxtalaşdırmaqda ittiham edilib.

Braziliya mediası ölkənin federal polisinə istinadla bildirir ki, Bolsonaro ilə yanaşı daha 16 nəfərin adı “Cinayətkar sui-qəsd və səhiyyə sisteminə yalan məlumatların daxil edilməsi” cinayət işində hallanır.

Bildirilir ki, keçmiş dövlət başçısının və onun 12 yaşlı qızı Lauranın, eləcə də Bolsonaronun bir sıra tərəfdaşlarının koronavirus əleyhinə peyvəndlə bağlı qeydlərinin yalan olduğu barədə istintaqçıların əlində “kifayət qədər toplanmış sübut” var.

Braziliyanın “Folha de Sao Paulo” qəzeti yazır ki, polis peyvənd sertifikatının saxtalaşdırılmasını ölkənin siyasi həyatına mənfi təsir göstərəcək qədər zərərli, hətta “çevriliş cəhdinin bir hissəsi kimi” həyata keçirildiyini düşünür. Ehtimal olunur ki, bu ifrat sağçı lider 2023-cü il yanvarın 8-9-da paytaxtda faktiki olaraq baş verən kütləvi iğtişaşlar zamanı xaricə müvəqqəti səyahət etmək məqsədi ilə bir çox lazımi sənədləri əldə etmək niyyətində olub.

Braziliya medias bildirir ki, baş verənlərdən sonra Jair Bolsonaronun tərəfdarları hərəkətə keçərək ölkənin digər bir siyasi xadiminin, solçu prezident Lulanın hakimiyyətə qayıtmasının qarşısını almaq üçün planlı şəkildə iğtişaş yaradıblar. Bolsonaronun tərəfdarları Braziliya Milli Konqresinə, Planalto Sarayına, eləcə də ölkənin Ali Məhkəməsinə basqın ediblər.

İttihamları qəbul etməyən, məhkəmələrdən çəkinmədiyini, təhdidlərdən qorxmadığını söyləyən Bolsonaro "Reuters"-ə müsahibəsində deyib:

"Mən sakitəm. Hamı bilir ki, mənə peyvənd vurulmayıb".

2022-ci ilin 30 dekabrında seçkidə uduzan siyasətçi ABŞ-a gedib və orada bir neçə ay qalıb. İspandilli "El País América" nəşri yazır ki, “problem” Amerika Birləşmiş Ştatlarının bu ölkəyə gələn səyahətçilərdən COVID-19 peyvənd sertifikatı tələb etməsidir. Bolsonaro pandemiya zamanı dünyada baş verənlərə və peyvəndlərə qarşı çıxan şəxs kimi, eləcə də koronavirusa yoluxanları, bu ağır, dəhşətli xəstəliyin nəticəsində bir çox vətəndaşın tam sağlamlıq məhdudiyyətlilər qrupuna aid olmalarını ələ salan, dünyada yayılan koronavirusa inanmadığı söyləməklə braziliyalıları ancaq onun dediklərinə qulaq asıb inanmağa, həmyerlilərini ancaq ondan nümunə götürməyə çağırıb.

Qeyd edək ki, o, Braziliya prezidenti kimi dünyada yayılan koronavirusa inanmayan, ümumiyyətlə, heç COVİD-19 adlı virusun, xəstəliyin olmadığını iddia edən bir neçə siyasi liderin sırasında olub.

Xatırladaq ki, J. Bolsonaronun prezident olduğu dövrlərdə Braziliyada koronavirusa yoluxma nəticəsində 700,000-dən çox insan ölüb.

Əgər 68 yaşlı siyasətçinin koronavirusla və öz səhhəti ilə bağlı bütün bu məlumatların saxtalaşdırılması sübuta yetirilərsə, təqsirli şəxs olaraq keçmiş prezident J. Bolsonaronu 12 ilə qədər həbs cəzası gözləyir.

Bolsonaro həmçinin 2021-ci ildə Səudiyyə Ərəbistanı ərazisindən müdaxilə etməklə dövlət çevrilişinə cəhddə və zinət əşyalarının mənimsənilməsində təqsirli bilinir və bu işlər də hazırda istintaqın nəzarəti altındadır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}