Ruslar Kiyevə və digər şəhərlərə hücum edib
Tarix: 21-03-2024 12:18 | Bölmə: Xəbərlər
Ruslar Kiyevə və digər şəhərlərə hücum edib

Rusiya ordusu Olenya aerodromundan (Murmansk vilayəti) 9 ədəd “Tu-95” strateji raket daşıyan bombardmançı təyyarəni Ukrayna istiqamətində qaldırıb. Rus ordusunun hədəfə çevirdiyi yaşayış məntəqələrindən biri də Ukraynanın paytaxtı Kiyev olub.

Reyting.az
-ın xəbərinə görə, səhərə yaxın Kiyev meri Kiliçko deyib ki, Sevçenkovski rayonunda uşaq bağçasının ərazisinə raket tullantıları düşüb:

“Şevçenkovski rayonunda avtomobillər yanır. Hadisə yerinə təcili tibbi yardım xidmətləri göndərilir. Eyni zamanda rayonun yaşayış binasının üzərinə dağıntılar düşüb”.

Təxminən səhərə yaxın Kiyevdə partlayış səsləri eşidilib. Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, “Kh-47M2” Kinjal aeroballistik raketlərin Kiyev istiqamətində atışları qeydə alınıb. Hərbi Hava Qüvvələri həyacan xəbərdarlığı edib və təhlükə sovuşana qədər əhalini sığınacaqlarda qalmağa çağırıb. Atılan raketlər Jitomir və Çerniqov vilayətinə də düşüb.

“Olenyadan bir neçə “Tu-95ms”-nın uçuşu təsdiqlənib - hamısı Xəzər dənizinə doğru gedir. Uçuş yəqin ki, döyüş xarakteri daşıyır, onlar çox güman ki, saat 03:30-dan 04:00-dək Engels bölgəsində olacaqlar. Atışlar buradandır - o zaman biz 04:30 - 05:50 radələrində raketlərimizi hava məkanımızda gözləyirik. Xəzər dənizi hövzəsində onlar çox güman ki, 04:40 - 06:00-da olacaq. Əgər buraxılışlar buradan gəlsə, biz gözləyirik 06:00-07:20 radələrində raketlər hava məkanımıza daxil olsun”,- Bu məlumatı Nikolaevsky Vanyok TG kanalı da təsdiqləyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}