8,2 milyonluq qalmaqal: Yasəmən Gündoğan həbs edilib
Tarix: 21-03-2024 12:28 | Bölmə: Xəbərlər
8,2 milyonluq qalmaqal: Yasəmən Gündoğan həbs edilib

Almaniyada işlədiyi puldaşıma şirkətindən 2021-ci ildə 8,2 milyon avro oğurladığı iddia edilən Türkiyə əsilli Almaniya vətəndaşı Yasemin Gündoğan nəhayət həbs edilib.

Reyting.az
xəbər verir ki, Türkiyə üzərindən Bremenə gedən Gündoğanın çərşənbə axşamı hava limanında yaxalandığı və həbs olunduğu ortaya çıxıb.

Qeyd edək ki, Almaniyanın “Bild” qəzeti İnterpol tərəfindən axtarışa verilən Gündoğanın tutulduğunu açıqlayarkən “Pis Sarışın” ifadəsini işlədib.

Bu həbsə qədər Gündoğanın şəxsi təyyarə ilə pulları qaçaqmalçılıq yolu ilə Türkiyəyə gətirdiyi və Aralıq dənizində dəbdəbəli həyat sürdüyü iddia edilirdi.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}