Türk ordusu Kosovaya daxil olub
Tarix: 22-03-2024 09:11 | Bölmə: Xəbərlər
Türk ordusu Kosovaya daxil olub

Kosovonun şimalında yaşanan gərginlikdən sonra türk ordusu Kosovoya transfer olunub.

Reyting.az
-ın xəbərinə görə, bu addım NATO-nun tələbi ilə baş verib.

Qeyd edək ki, dünyada sülhün bərqərar olmasında mühüm rol oynayan Türkiyə ordusu əvvəllər bölgədə yerləşdirilən İtaliya bölməsini əvəz edib.

NATO-nun Kosovo Sülh Qüvvələri (KFOR) türk əsgərlərinin görüntülərini paylaşıb. NATO bəyan edib ki, türk hərbçilərinin bölgədə yerləşdirilməsi Kosovoda yaşayan bütün icmaların təhlükəsizliyini təmin etmək əzminin nümayişidir.

KFOR Türkiyə kontingentinin görüntülərini dərc edib. Görüntülərdə general-mayor Ulutaşın Prizrendəki əsgərləri ziyarət etdiyi anlar da əks olunub.

Xatırladaq ki, Türkiyə 10 oktyabr 2023-cü ildə KFOR-un komandanlığını 1 il müddətinə təhvil alıb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təhlükəsizlik və sabitliyin təmin edilməsi ilə bağlı qərarına uyğun olaraq 12 iyun 1999-cu ildə Kosovoda xidmətə başlayan KFOR-un tərkibinə 21 NATO üzvü və 6 qeyri-dövlət olmaqla 27 ölkədən 4500-dən çox beynəlxalq hərbi qulluqçu daxildir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}