Ukrayna ilə bağlı yeni təklif Berlin və Parisi qorxudur
Tarix: 22-03-2024 12:57 | Bölmə: Xəbərlər
Ukrayna ilə bağlı yeni təklif Berlin və Parisi qorxudur

ABŞ Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Ukrayna üçün 50 milyard dollarlıq istiqrazların buraxılması təklifini dəstəkləyir.

Reyting.az
“Bloomberg”ə istinadla bildirir ki, təklif G7 ölkələri və Avropa İttifaqı tərəfindən hərəkətsizləşdirilən Rusiya Mərkəzi Bankının 280 milyard dollarlıq aktivlərinin SPV-də birləşdirilməsini nəzərdə tutur və ondan əldə olunan gəlirlər sözdə azadlıq istiqrazlarına yönəldiləcək.

Dondurulmuş Rusiya aktivlərinin üçdə ikisindən çoxu Aİ-də bloklanıb və onlar ildə təxminən 3,6 milyard dollar xalis mənfəət əldə edirlər. Təklif olunan istiqrazdan əldə edilən gəlir isə Konqresdə hələ də ilişib qalan ABŞ-ın 60 milyard dollarlıq yardımına bərabər olacaq.

Mənbələrdən biri deyib ki, müzakirələr ilkin mərhələdədir və davam edir. Almaniya və Fransa da daxil olmaqla bəzi G7 ölkələri isə yeni ideya ilə bağlı ehtiyatlı olduqlarını bildiriblər. Bu ideya 50 milyard dollardan çox gəlir gətirə bilər. Bəzi Aİ ölkələri, o cümlədən Estoniya müttəfiqlərini daha cəsarətli olmağa və aktivləri ələ keçirməyə çağırıb.

Qeyd edək ki, hazırda Aİ liderləri bloklanmış aktivlərdən əldə edilən gəlirlərin Ukraynanın hərbi ehtiyaclarını maliyyələşdirmək üçün istifadə edilməsinə dair razılaşmaya yaxındırlar.

Avropa İttifaqı bildirir ki, Ukraynanın silahlanmasına kömək etmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadənin qanuni üsulu icad olunub. “Nev York Times” yazır ki, bu, çox vacibdir, çünki ABŞ-dan maliyyələşmə hələ də bloklanır və Ukrayna müdafiəçiləri silah, artilleriya mərmiləri və raket çatışmazlığından əziyyət çəkir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}