Rusiya məşhur şəxsləri "xarici agent"lər siyahısına salıb
Tarix: 23-03-2024 00:26 | Bölmə: Xəbərlər
Rusiya məşhur şəxsləri "xarici agent"lər siyahısına salıb

Rusiya Ədliyyə Nazirliyi növbəti dəfə çoxlarını təəccübləndirib.

Reyting.az
-ın məlumatına görə, Rusiya dövlətinin avtoritar üsullarla idarə olunduğunu deyən və öz ölkəsini qardaş Ukraynanın işğalında ittiham edən daha bir tanınmış şəxs, SSRİ-nin, eləcə də Rusiyanın ən məşhur idman jurnalistlərindən biri 66 yaşlı Kirill Nabutov da "xarici agent" siyahısına salınıb.

Casus axtarışlarını davam etdirən Rusiyanın Ədliyyə Nazirliyi tarixçi, hüquq müdafiəçisi Aleksandr Skobovu da "xarici agent"lər siyahısına daxil edib.

Xatırladaq ki, Rusiya Ədliyyə Nazirliyi Kirill Nabutovla və Aleksandr Skobovla bərabər “İctimai Sosiologiya Laboratoriyası"nı, həmçinin “Smola” ilə birlikdə "T-invariant" layihələrini də "Xarici agent”lər reyestrinə salıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}