Brüssel Moskvadakı terror aktını pisləyir
Tarix: 23-03-2024 17:01 | Bölmə: Xəbərlər
Brüssel Moskvadakı terror aktını pisləyir

Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Cosep Borrell və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Moskvadakı “Krokus Siti Holl”dakı terror aktını pisləyən bəyanatla çıxış ediblər.

Reyting.az
xəbər verir ki, bəyanatda dünən gecə Moskva yaxınlığında törədilən dəhşətli terror aktı ən kəskin şəkildə pislənilir.

“Beynəlxalq ictimaiyyət terror bəlasına qarşı mübarizədə möhkəm birləşməlidir”, - C. Borrell bəyanatında bildirib.

Ursula fon der Leyen öz növbəsində deyib ki, “Crocus City Hall”-da dinc insanlara qarşı törədilən terror aktını qətiyyətlə pisləyir.

“Mənim düşüncələrim bu faciəvi anda qurbanlar və onların ailələri ilədir”,- deyə o, mikrobloqunda yazıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}