Rusiya Ukraynaya hücumları artıracaq
Tarix: 23-03-2024 17:26 | Bölmə: Xəbərlər
Rusiya Ukraynaya hücumları artıracaq

Rusiya Ukraynada hərbi əməliyyatları gücləndirmək üçün “Crocus City Hall” konsert zalında baş verən terror aktından bəhanə kimi istifadə edə bilər.

Reyting.az
xəbər verir ki, bunu “Bloomberg” nəşri yazıb.

Bildirilir ki, azı 115 nəfərin ölümü ilə nəticələnən hücum, azı 170 nəfərin ölümü ilə nəticələnən “Nord-Ost” musiqili tamaşası zamanı girov götürülmə hadisəsindən sonra Moskvada ən böyük terror aktıdır.

Rusiya dövlət mediasının şərhçiləri Kiyevin ittiham etsə də, Ukrayna terror aktında əli olmadığını bildirir və bunu Kremlin saxta bayraq əməliyyatı adlandırır.

“Bloomberg” ekspertlərin rəyinə istinadla qeyd edir ki, Rusiya Federasiyası bu insidentdən Ukraynada hərbi əməliyyatları gücləndirmək üçün bəhanə kimi istifadə edə bilər.

Vaşinqtondakı Atlantik Şurasının Geoiqtisadiyyat Mərkəzinin direktor müavini Çarlz Liçfild deyib ki, Kremlin Kiyevi ittiham etməsinin aşkar yolu onu hansısa şəkildə Ukraynadakı müharibə ilə əlaqələndirməkdir.

Onun sözlərinə görə, dərhal cavab daha çox dron hücumları və ballistik hücumlar olacaq, baxmayaraq ki, onlar artıq bu terror hücumuna qədər artıb.

Bundan əvvəl ABŞ-ın Moskvadakı səfirliyi ictimaiyyətə xəbərdarlıq etmişdi ki, ekstremistlər Moskvada konsertlər də daxil olmaqla, böyük toplantıları hədəfə almaq niyyətindədirlər.

ABŞ xüsusi olaraq xəbərdarlığın bu hücumla bağlı olduğunu deməsə də, Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Vatson cümə günü axşam deyib ki, ABŞ hökumətində Moskvada planlaşdırılan terror aktı ilə bağlı məlumat var.

“ABŞ hökuməti də bu məlumatı Rusiya hakimiyyəti ilə bölüşüb, çünki xəbərdarlıq etmək öhdəlik və vəzifədir”,- o deyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}