Xədicə İsmayılın ölkədən çıxışı qadağan edilib
Tarix: 23-03-2024 18:12 | Bölmə: Xəbərlər
Xədicə İsmayılın ölkədən çıxışı qadağan edilib

Martın 14-də Daxili İşlər Nazirliyinin Bakı şəhəri üzrə Baş İdarəsinin müstəntiqi ilə görüşdən sonra “Toplum” telekanalının baş redaktoru Xədicə İsmayılovanın Azərbaycandan çıxışına qadağa qoyulub.

Bu barədə Xədicə İsmayıl “Turan”a danışıb.

“Toplum TV-nin jurnalistləri barəsində qaldırılan cinayət işi üzrə müstəntiqə ifadə verməkdən imtina etdim. Mən özüm polisin çağırışı ilə Baş İdarəyə gəldim. Sualları müstəntiq Hacıbala Hacıyev verirdi. Sonra məni buraxdılar və bir daha zəng etmədilər. Sonra bildim ki, ölkədən çıxışıma qadağa qoyulub”, - İsmayıl “Turan” agentliyinə bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}