Slovakiyada prezident seçkiləri keçirilir
Tarix: 23-03-2024 23:38 | Bölmə: Xəbərlər
Slovakiyada prezident seçkiləri keçirilir

Şənbə günü Slovakiyada növbəti prezident seçkilərinə start verilib. Hazırkı dövlət başçısı və Rusiyanın işğalına qarşı Ukraynanın mübarizəsində bu ölkənin güclü dəstəkçisi kimi tanınan Zuzana Çaputova ikinci müddətə namizəd olmamaq qərarına gəlib.

Reyting.az
xəbər verir ki, dövlət başçısı postuna 10 namizəd mübarizə aparır. Sorğulara görə, tək favorit parlamentin spikeri, eləcə də “Səs-Sosial Demokratiya” Partiyasının lideri olan Piter Pelleqrinidir. Onun 48 yaşı var. Seçkilərdən öncə onun həmvətənləri arasında dəstəyi durmadan artırdı.

Piter Pelleqrinin əsas siyasi rəqibi isə ölkə müxalifəti sıralarında demək olar ki, bütün liberal partiyaların dəstəyini almış keçmiş xarici işlər naziri, qərbyönümlü karyerası ilə tanınan diplomat İvan Korçokdur.

Əgər namizədlərdən heç biri mütləq səs çoxluğunu toplaya bilməsə, mübarizə ikinci turda davam edəcək. İkinci turda keçiriləcək seçkilər isə aprel ayının 6-na təyin edilib.

Seçkinin ilk turunun nəticələri bazar günü məlum olacaq.

Slovakiya Respublikasında prezidentin rolu əslində təntənəli xarakter daşıyır. 1993-cü ildə Çexoslovakiya parçalandıqdan sonra bu ölkə müstəqillik əldə edib. Bu, Slovakiyada keçirilən altıncı prezident seçkisidir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}