Dağlıq rayonlarda güclü qar yağıb
Tarix: 24-03-2024 11:29 | Bölmə: Xəbərlər
Dağlıq rayonlarda güclü qar yağıb

Martın 24-ü saat 10:00-a olan məlumata görə ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq rayonlarda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən bildiriblər ki, qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 44 sm, Şahdağda 31 sm, Qrızda 3 sm olub.

Düşən yağıntının miqdarı isə Zaqatalada 40 mm, Balakəndə 32 mm, Əlibəydə (Zaqatala) 31 mm, Şəmkirdə 19 mm, Qaxda 10 mm, Oğuzda 8 mm, Şəki, Gədəbəydə 7 mm, Goranboyda 6 mm, Astara, Lənkəran, Şahdağ, Sədərək, Daşkəsən, Qəbələdə 4 mm, Tərtərdə 3 mm, Bərdə, Naftalan, Quba, Ceyrançöl, Mingəçevirdə 2 mm, Şərur, Göygöl, Gəncə, Tovuz, Ağdam, Ağstafa, İsmayıllı, Altıağac, Qusar, Xaltan, Qrız, Yevlax, Yardımlı, Xınalıq, Göytəpədə 1 mm-dək olub.

Əlibəy ərazisində (Zaqatala) saat 20:07-20:15 radələrində diametri 0.5 mm olan dolu düşüb.

Şimal-qərb küləyi arabir Tərtər, Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Bakı, Sumqayıt, Pirallahı, Neft Daşları, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Altıağac, Qusar, Qobustan, Xaltan, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-da 0-5, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 0-5 dərəcə şaxta olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}