40 israilli 700 fələstinli ilə dəyişdirilir
Tarix: 25-03-2024 13:52 | Bölmə: Xəbərlər
40 israilli 700 fələstinli ilə dəyişdirilir

İsrail ABŞ-ın fələstinli məhbusların Qəzzada israilli girovlarla dəyişdirilməsi təklifini qəbul edib.

Reyting.az
xəbər verir ki, bu barədə CNN diplomatik mənbələrə istinadla məlumat yayıb.

İsrail rəhbərliyinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börnsün mübadilə şərtləri ilə bağlı təklifini qəbul etdiyi bildirilir.

Qeyd edək ki, Börns Qətərin paytaxtı Dohada İsrail və Fələstinin HƏMAS hərəkatı arasında mübadilə danışıqlarında iştirak edib. Öz növbəsində, HƏMAS rəhbərliyinin, o cümlədən hərəkatın hərbi lideri Yəhya Sinvarın cavabı üç günə qədər çəkə bilər.

Razılaşmaya əsasən, Qəzza zolağında HƏMAS-ın saxladığı 40 israilli ilə təxminən 700 fələstinlinin dəyişdirilməsi gözlənilir.

CNN-nin mənbəyi mübadiləni təsdiqləsə də, Qəzza zolağına humanitar yardımın çatdırılması və anklavda İsrail hərbçilərinin olması da daxil olmaqla, həll olunmamış məsələlərin qaldığını bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}