Rusiyada terror aktı: daha bir nəfər həbs olunub
Tarix: 25-03-2024 21:14 | Bölmə: Xəbərlər
Rusiyada terror aktı: daha bir nəfər həbs olunub

Moskvanın Basmannı məhkəməsi “Crocus”da terror aktı ilə bağlı iş üzrə altıncı müttəhim İsrail İslamovu həbs edib.

Məlumata görə, bu barədə Moskva məhkəmələrinin mətbuat xidməti özünün teleqramdakı kanalında xəbər yayıb.

O, bir ay iyirmi doqquz gün müddətinə həbs edilib. İsrail İslamov mayın 22-dək istintaq təcridxanasında qalacaq.

Məhkəmə bağlı qapılar arxasında keçirilib.

Bununla da terror aktı ilə bağlı həbs edilənlərin sayı 6 nəfərə çatıb(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}