Lukaşenko: “Terrorçular Belarusa qaçmaq istəyib”
Tarix: 26-03-2024 21:03 | Bölmə: Xəbərlər
Lukaşenko: “Terrorçular Belarusa qaçmaq istəyib”

Belarus prezidenti Aleksandr Lukaşenko Moskvadakı “Crocus City Hall”da baş vermiş dəhşətli terror aktı ilə bağlı maraqlı açıqlama verib.

Reyting.az
-ın xəbərinə görə, Lukaşenko terrorçuların “Crocus Sity Hall”da baş verən terror aktından sonra Belarusa qaçmağı planlaşdırdıqlarını bildirib.

“Döyüş vəziyyətinə görə bölmələrimizi işə saldıq. Ona görə də Belarusa daxil ola bilmədilər. Bunu gördülər. Buna görə də Ukrayna-Rusiya sərhədinin hissəsinə getdilər”, - deyə Lukaşenko əlavə edib.

Onun sözlərinə görə, terrorçular əvvəlcə Belarusla sərhədə doğru hərəkət ediblər. Bununla belə, Rusiya Federasiyası və Belarusun kəşfiyyat xidmətləri yaxşı qarşılıqlı əlaqədə olduğundan terrorçular Belarusa daxil ola bilməyiblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}