Qəzzada 5 min 826 şagird və 264 müəllim həlak olub
Tarix: 27-03-2024 00:05 | Bölmə: Xəbərlər
Qəzzada 5 min 826 şagird və 264 müəllim həlak olub

İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına başlatdığı hücum nəticəsində ən azı 5826 şagird həyatını itirib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təxminən 6 ay ərzində 9570 şagird isə yaralanıb: "Bununla belə, 408 məktəb dağıdılıb. Şagirdlərlə yanaşı, 264 müəllim və təhsil işçisi ölüb, 960 nəfər isə yaralanıb".

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}