Lukaşenko Suvalki dəhlizini ələ keçirməyin yolunu öyrənir
Tarix: 27-03-2024 10:50 | Bölmə: Xəbərlər
Lukaşenko Suvalki dəhlizini ələ keçirməyin yolunu öyrənir

Belarus prezidenti Aleksandr Lukaşenko Suvalki dəhlizini ələ keçirib necə saxlamağı müzakirə edib.

Reyting.az
xəbər verir ki, internetdə yayımlanan bir videoda prezident Şimal-Qərb Əməliyyat Komandanlığının komandiri Aleksandr Naumenkodan Belarusdan Kalininqrad vilayətinə qədər olan məsafəni soruşur.

Cavab verən hərbçi bunun düz xətt ilə 42 kilometr olduğunu bildirir.

“Praktiki olaraq heç nə... Onların belə davranması əbəsdir. Hazırda siz Baltikyanı respublikalarla qarşı-qarşıya gəlməli olacaqsınız. Və Polşanın bir hissəsini tutacaqsınız”, - Lukaşenko deyir.

O, həmçinin soruşur ki, nazir öz qoşunları ilə cəbhə boyu bu ərazini saxlaya biləcəyinə əmindirmi?

Qeyd edək ki, Suvalki dəhlizi Litva və Polşa arasında sərhəddə yerləşən və Baltikyanı ölkələrin Avropa İttifaqının qalan hissəsi ilə birləşdirildiyi ərazidir. Bu, həm də Belarusla Kalininqrad vilayəti arasında ən qısa nəqliyyat marşrutudur.

Keçən ilin yayında Rusiyanın özəl hərbi şirkəti “Vaqner”in muzdluları Belarusa gələndə belə fikirlər səsləndirilib ki, onların vəzifəsi Suvalki dəhlizini kəsmək cəhdi ola bilər. Bundan sonra Polşanın Müdafiə Nazirliyi Suvalki dəhlizinin müdafiəsini gücləndirməli olan ordu hissələrinin formalaşdığını elan edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}