BMU-ya prorektor təyin olunub
Tarix: 27-03-2024 14:37 | Bölmə: Xəbərlər
BMU-ya prorektor təyin olunub

Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyinat olub.

BMU-nun məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Ətrabə Gül BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyinat alıb.

Ətrabə Gül 2017-ci ildən BMU-da çalışır. 2019-cu ilədək BMU Dillər Məktəbinin direktoru olub. Yeni vəzifəyədək Xarici dillər kafedrasında dosent, kafedra müdiri vəzifələrində çalışıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}