Rusiyalı diplomatı Latviyadan qovurlar
Tarix: 28-03-2024 00:05 | Bölmə: Xəbərlər
Rusiyalı diplomatı Latviyadan qovurlar

Latviyanın xarici işlər naziri Krisjanis Karins rusiyalı diplomatlardan birini persona non-qrata elan edib.

Reyting.az
-ın məlumatına görə, Latviya Xarici İşlər Nazirliyi bildirir ki, rusiyalı diplomatla aprelin 10-dək ölkəni tərk etmək əmri verilib.

Çərşənbə günü Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Oleq Zıkov bu məsələ ilə bağlı nazirliyə çağırılıb və “qəbuledilməz və təxribat xarakterli ictimai bəyanatlar”la bağlı ona “ən qəti etiraz bildirilib”.

Nazirliyin məlumatında qeyd olunur ki, Rusiya səfirliyi Latviyanın dövlət qurumlarını və hakimiyyətini nüfuzdan salmağa, Latviya cəmiyyətində nifrətə yönəlmiş düzgün olmayan ictimai bəyanatları davam etdirir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}